17 Yanvar 2026, Şənbə
"Sumqayıt" "Osiyek"lə bacarmadı
"Zirə"dən ardıcıl iki məğlubiyyət
"Neftçi" Çin klubuna qalib gəldi
“Səbail” U-21 millimizə uduzdu

Ölkə futbolu

Yuri Vernidub: “Nəyə görə “Qarabağ”ın əhvalını korlamayaq?”

“Təəssüratlarım çox yaxşıdır. “Neftçi”də hər şey xoşuma gəlir. Ən vacibi isə futbolçular mənim və məşqçilər korpusunun tələblərini yaxşı qarşılayırlar. Komandanın düşdüyü vəziyyəti dəyişməyə çalışırıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Yuri Vernidub sport.ua-ya müsahibəsində deyib.

“Neftçi” ilə ilyarımlıq müqavilə imzaladığını bildirən ukraynalı mütəxəssis qarşıya qoyulan hədəfləri belə açıqlayıb:

“Ukrayna ilə müqayisə etsək, “Neftçi” Kiyev “Dinamo”su kimidir. Hər zaman qarşıya ən yüksək hədəflər qoyulur. Mən başa düşürəm ki, bu mövsüm çempionluq uğrunda mübarizə aparmaq çox çətin görünür. Lakin biz hər matçda qələbə qazanmağa çalışacağıq. Turnir cədvəlində daha yüksək pillələrə qalxmaq lazımdır. Komandada hər kəs bunu başa düşür”.

O, komandanın qış toplanışını müsbət dəyərləndirib:

“Biz təlim-məşq toplanışı keçdik və futbolçuların işə yanaşmasını bəyəndim. “Neftçi”də oyunçu seçimi yaxşıdır. Sadəcə bir qədər kollektivin fiziki durumunu və nizam-intizamı yüksəltmək lazımdır (gülür). Fikrimcə, futbolçuların özləri də irəli getdiklərini sübut etməkdə maraqlıdırlar”.

Vernidub komandadakı legionerlərin səviyyəsi ilə bağlı səsləndirdiyi fikirlərə belə aydınlıq gətirib:

“Bu, jurnalistlərin uydurmasıdır. Mən yeganə kiçik müsahibəni müqavilə imzaladıqdan sonra klubun mətbuat xidmətinə vermişəm. Ondan sonra istər ukraynalı, istərsə də azərbaycanlı jurnalistlərlə ünsiyyətim olmayıb. Sən təyinatımdan bir ay sonra ünsiyyət qurduğum ilk jurnalistsən. Ümumiyyətlə, mən futbolçularım haqqında necə pis danışa bilərəm? Onları nüfuzdan salmaq üçün? Bu, mənim metodum deyil. Biz hamımız bir qayığa oturmuşuq və eyni istiqamətdə hərəkət etməliyik”.

“Neftçi”nin çalışdırıcısı komandanın ulduz futbolçusu Vensan Abubakarın işə yanaşmasından razılığını ifadə edib:

“O, təlim-məşq toplanışını əla keçdi. Abubakar bir məşqi belə buraxmadı, çəki atdı. Baxıram və görürəm ki, Vensan oynamağı çox istəyir. Lakin rəqabət var. Məsələn, Bassalu Sambu. İstənilən halda bu, Abubakardır, 100 faiz ulduzdur”.

Ukraynalı mütəxəssis həmyerlilərinin “Neftçi”yə mümkün gəlişi barədə sualı belə cavablandırıb:

“Hələ ki, belə bir fikrimiz yoxdur. Burda sadəcə “Çernomorets”in sabiq yarımmüdafiəçisi Andrey Ştoqrin var. O, bizimlə birgə toplanış keçdi və məndə xoş təəssüratlar oyatdı. İndi o, əsas komanda üçün sifariş olunacaq”.

Vernidub “Qarabağ”la rəqabətə də toxunub:  

“Nəyə görə rəqibimizin əhvalını korlamayaq? (gülür) Mən bu səbəbdən də “Neftçi”nin təklifini qəbul etdim. Mənim üçün tanınmış klubda çalışmaq maraqlı idi. “Neftçi” indi olmalı olduğu yerdə deyil. Bu, bizim məşqçilər korpusu üçün stimuldur. Çox irəli baxmaq yox, sadəcə işləmək lazımdır. Həyatda hər şey mümkündür”.

Sonda isə ukraynalı mütəxəssis “Neftçi”nin Moskva “Lokomotiv”i ilə əməkdaşlıq memorandumu imzalaması barədə fikirlərini bölüşüb:

“Burada da jurnalistlər informasiyanı çox şişirdiblər. KİV-də mənim guya Moskvaya gedəcəyim yazıldı. Bu, ağılasığmazdır. Əməkdaşlıqla bağlı bu razılıq uşaq akademiyaları arasında imzalanıb. Bu, klubun hüququdur. Mənim buna nə aidiyyətim var? Əsas komandada rusiyalı futbolçu yoxdur və ola da bilməz. Həmçinin gənclər komandalarında da yalnız azərbaycanlılar çıxış edir. Mən burada ukraynca danışıram və mənim sözlərimi istər futbolçulara, istər həmsöhbətlərimə tərcüməçi çatdırır”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31