Ölkə futbolu
Sergey Samok: “Prezidentimiz də kuboku qazanmağımızı istəyir”
“Turan Tovuz”un qapıçısı Sergey Samokun Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasının 19-cu turunda “Karvan-Yevlax”a 1:0 hesabı ilə qalib gəldiniz. Komandanızın sərgilədiyi oyundan nə dərəcədə razı qaldınız?
- Çətin oyun keçdi. Müdafiədə etibarlı çıxış etdik. Qol epizodlarımız çox oldu. Dirəkdən dönən toplar var idi. Bir sözlə, üstünlük bizim tərəfimizdə idi. Minimal hesablı olsa da, layiqli qələbə qazandıq.
- Belə təəssürat yaranır ki, “Turan Tovuz” nisbətən zəif kollektivlərlə oyunlara lazımi dərəcədə motivasiya ola bilmir. Elədir?
- Deməzdim. Ümumiyyətlə, motivasiya ilə bağlı problem olduğunu düşünmürəm. Biz bütün rəqiblərə hörmətlə yanaşırıq. Rəqibin kimliyindən asılı olmayaraq da hər matça 3 xal üçün çıxırıq.
- Bəs yorğunluq necə, var idi?
- 3 gün əvvəl “Kəpəz”ə qarşı kubok oyunu keçirmişdik. Buna görə də bir qədər yorğunluq var idi. Əlbəttə, üç gündən bir meydana çıxmaq heç də asan deyil. Lakin buna öyrəşməliyik. Çünki bu aralar qrafikimiz çox sıxdır. Ardıcıl üç gündən bir oyunlarımız olacaq. Gücümüzü düzgün bölməli və lazımi nəticləri qazanmalıyıq.
- Tovuzda oynamamağınız komandanızın çıxışına nə dərəcədə təsir göstərir?
- Əlbəttə, doğma azarkeşlər önündə oynamaq hər zaman xoşdur. Fanatların dəstəyi bizə əlavə güc verir. Bununla belə, azarkeşlərimiz hər zaman yanımızdadırlar. Biz də onları sevindirmək üçün əlimizdən gələni edirik.
- Meydana çıxdığınız son iki matçda qapınızı toxunulmaz saxlamısınız. Sizcə, bu məqam növbəti matçlarda da start heyətində yer almağınızı təmin edə bilər?
- Məqsədim hər matçda komandama faydalı olmaqdır. Təbii ki, son iki görüşdə qol buraxmamağım mənim də ürəyimcədir. Şans qazandığım halda, növbəti görüşlərdə də bunun üçün çalışacağam. Hər zaman komandamın qələbəsində pay sahibi olmaq istəyirəm.
- Ötən mövsüm İvan Konovalov, bu il isə Oleq Baklovla rəqabət aparırsınız. Hansı daha çətindir?
- Kimisə fərqləndirmək istəməzdim. Hər ikimiz məşqlərdə tam gücümüzlə çalışırıq. Yekun qərarı isə məşqçilər korpusu verir.
- Son görüşlərdə meydana çıxsanız da, yəqin razılaşarsınız ki, əsas qapıçı hesab olunmursunuz. Vəziyyət dəyişməsə, “Turan Tovuz”dan ayrılmaq fikriniz var?
- Açığı, bu barədə düşünməmişəm. Burada məni hər şey qane edir. Çox yaxşı baş məşqçimiz var. Eləcə də qapıçı məşqçimizdən razıyam. Mehriban, peşəkar kollektivimiz var.
- Növbəti turda səfərdə “Şamaxı” ilə qarşılaşacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?
- Çətin oyun olacaq. “Şamaxı” yaxşı komandadır. Öz meydanında bir çox rəqiblərə başğarısı olur. Odur ki, bizi qarşıda gərgin 90 dəqiqə gızləyir. Hər nə qədər çətin olsa da, məqsədimiz səfərdən 3 xalla qayıtmaqdır.
- Belə fikirlər səslənir ki, ilk iki yer artıq məlumdur. Belədə “Turan Tovuz”un əsas hədəfi üçüncü olmaqdır?
- Məncə, indidən qəti fikirlər bildirmək üçün tezdir. Düzdür, hazırda “Sabah”dan 13, “Qarabağ”dan isə 6 xal geri qalırıq. Lakin turnir cədvəlində daha da irəliləmək şansımız var. Sona qədər mübarizə aparacağıq. Hələ heç nə həll olunmayıb.
- Titul qazanmaq baxımından kubok sizin üçün ön plana çıxa bilər?
- Kubokda da daha çox irəli getmək hədəfimizdir. Prezidentimiz də kuboku qazanmağımızı istəyir. Bunun üçün çalışacağıq. Ümumiyyətlə, hər iki cəbhədə sona qədər mübarizə aparacağıq.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Rəhman Hacıyev “Səbail”dən getdi, yeni klubu da məlumdur
- "Qarabağ" - "Ayntraxt" oyununun hakimləri müəyyənləşdi
- Bakı klubu bu gün baş məşqçisi ilə vidalaşa bilər - ÖZƏL
- Aleksandr Mostovoy: “Qarabağ”ın qoluna həm təəccübləndim, həm də sevindim”
- “Qarabağ”dan Antalyada maksimum göstərici: 3 oyun 3 qələbə
- “Cəbrayıl”ın yeni transferi Şamaxıda debüt etdi
- Yuri Vernidub: “Nəyə görə “Qarabağ”ın əhvalını korlamayaq?”
- Dünyaca məşhur jurnal Elxan Səmədovdan yazdı - “Satınalmadan futbol liderliyinə”
- "Neftçi" Çin klubuna qalib gəldi
- PFL təqdim edir: "Qarabağ"ın qələbəsi dünya manşetlərində
- Rəşad Sadıqov: "Türkiyədə məşqçi işləmək istəyirəm"
- “Səbail” daha bir futbolçusu ilə yollarını ayırdı - ÖZƏL
- "Zirə"dən ardıcıl iki məğlubiyyət
- Dünya reytinqi: “Qarabağ” gerilədi, “Neftçi” irəlilədi
- Vernidub “Neftçi”nin “Lokomotiv”lə əməkdaşlığından danışdı: “Bunun mənə nə aidiyyəti var?”
-
15:30
Pedro Mateuş: “Füzuli Məmmədov vəziyyətin dəyişməsi üçün əlindən gələni edir”
-
14:55
"Fənərbaxça"nın 61 illik rekordu təkrarlandı
-
14:07
Şəhriyar Məmmədyarov: “Nyukasl”la oyunda “Qarabağ”dan hər şey gözləmək olar”
-
13:23
"Kəpəz" - "Neftçi" : Heyətlər açıqlandı
-
12:54
İcraiyyə Komitəsi vaxtında Qurban Qurbanova qulaq assaydı...
-
12:32
Azərbaycan atleti beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:18
Cəlal ehtiyatda qaldı, sabiq “Neftçi”li qol vurdu
-
12:00
Bəhlul Mustafazadə: “Nyukasl”la oyunda şanslar 50-nin 50-yədir”
-
11:41
“Bavariya” “Verder”ə şans tanımadı VİDEO
-
11:28
“Kayzerslautern”in qələbə həsrəti bitdi
-
11:16
“Real”dan 4 qollu qələbə VİDEO
-
10:59
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:45
"Latsio” “Atalanta”ya uduzdu VİDEO
-
10:33
Ronaldo qayıdışını qolla qeyd etdi
-
10:24
Azərbaycan çempionatı: Şəhriyar Məmmədyarov qalib gəlib
-
10:12
“İnter” “Yuventus”u məğlub etdi VİDEO
-
10:00
“Çempion olsa belə, “Sabah”dan getdiyim üçün peşmançılıq çəkməyəcəm"
-
09:47
"Fənərbağça" Trabzondan qələbə ilə qayıtdı VİDEO
-
23:56
“Nyukasl” Bakıya qələbə ilə gəlir
-
20:02
"Zirə" 3 xalı tək qolla qazandı VİDEO
-
19:41
Rəşad Sadıqovdan qələbə şərhi
-
19:17
Füzuli Məmmədov: “Hakimlər bizim matçlarda çox diqqətli olsunlar”
-
18:54
"Qarabağ" və "Zirə" qalib gəldi
-
17:38
Qurban Qurbanov: “Belə meydançada “Nyukasl”la oyuna necə hazırlaşım?”
-
17:25
Musa Qurbanlı "Qarabağ"a qələbə qazandırdı VİDEO
-
16:43
"Kəpəz"dən yeni transfer
-
15:59
“Zirə” - “Karvan Yevlax”: Heyətlər müəyyənləşdi
-
14:37
Koxalski Qubada meydana niyə çıxmayıb: zədə, yoxsa..?
-
14:12
Gənc cüdoçular Şamaxıda təlim-məşq toplanışına başlayıblar
-
14:00
Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin görüşləri keçiriləcək
-
13:21
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
-
12:36
Juninyo qələbə qolu vurdu VİDEO
-
11:58
PSJ uduzdu VİDEO
-
11:45
“Neftçi” heyətinə “Şalke”dən futbolçu cəlb etdi
-
11:23
"Araz-Naxçıvan" braziliyalını transfer etdi
-
11:09
"Borussiya"dan darmadağın VİDEO
-
10:54
Millimizin üzvü PSV üzərində qələbəyə sevindi
-
10:32
Modriç "Milan"a 3 xal qazandırdı VİDEO
-
10:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:00
"Qalatasaray"dan 5 qollu qələbə VİDEO
-
18:00
I Liqada 14-cü tura yekun vurulub
-
17:24
ACF Kuboku keçiriləcək
-
16:48
Adil Şükürov: "Səbail"in çempionluq şansı itməyib"
-
16:33
Güləş millilərimizin məşqçilər heyəti müəyyənləşib
-
16:17
Millimiz Avropa çempionatında iştirak edəcək
-
15:51
Güləş üzrə Azərbaycan çempionatı başa çatıb
-
14:02
Azərbaycan klubu monteneqrolu legioneri ilə vidalaşıb
-
13:25
Millətlər Liqası: Millimizin oyunlarının təqvimi açıqlandı
-
12:49
Azərbaycan çempionatında 1/4 finalın ilk iştirakçıları müəyyənləşib
-
11:16
"Atletiko" "Barselona"nı darmadağın etdi VİDEO
15.02.2026
14.02.2026
13.02.2026























