15 Fevral 2026, Bazar günü
Rəşad Sadıqovdan qələbə şərhi
"Qarabağ" və "Zirə" qalib gəldi
Tahir Gözel "Neftçi"yə təşəkkür etdi
Millimizin rəqibləri müəyyənləşdi

Ölkə futbolu

Koxalski Qubada meydana niyə çıxmayıb: zədə, yoxsa..?

“Qarabağ” Azərbaycan Premyer Liqasının XX turunda “İmişli”yə qarşı keçirilən matça ciddi itki ilə çıxıb. Belə ki, Ağdam klubunun əsas qapıçısı Mateuş Koxalskinin adı Qubada keçirilən görüşün iştirak ərizəsinə daxil edilməyib. Əsas heyətdə Fabian Buntiç yer alıb, ehtiyatda isə yalnız Amin Ramazanov var.

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Futbolxeber.az saytının Qubaya ezam olunmuş əməkdaşına açıqlamasında bildirib ki, polşalı qolkiperin ayağında yüngül ağrı var. Bu səbəbdən də onun adı matçın protokoluna daxil edilməyib. Koxalski heyətdə yer almasa da, komanda ilə birgə Qubaya yollanıb.

Xatırladaq ki, bu günlərdə Mateuş Koxalskinin qış transfer pəncərəsində “Qarabağ”dan ayrılmaq istədiyi məlum olub. Polşalı legioner ölkəsinin mətbuatına müsahibəsində klub rəhbərliyinin bu keçidə icazə vermədiyini bildirmişdi.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28