Ölkə futbolu
Pedro Mateuş: “Füzuli Məmmədov vəziyyətin dəyişməsi üçün əlindən gələni edir”
“Çətin oyun alındı. Matçın əvvəlində qapımızda qol gördük. Bundan sonra qalan dəqiqələr ərzində əlimizdən gələni etməyə çalışsaq da, heç cür fərqənə bilmədik. Yekunda isə məğlub olduq və buna görə çox məyusuq”.
Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Karvan-Yevlax”ın qapıçısı Pedro Mateuş Azərbaycan Premyer Liqasının 20-ci turunda “Zirə”yə səfərdə 0:1 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.
O, Yevlax klubunun turnir cədvəlində sonuncu olmasını belə şərh edib: “Vəziyyəti dəyişmək, 3 xal qazanmaq üçün əlimizdən gələni edirik. Amma bir çox səbəblərə görə bu, çətin alınır. Bəzən istədiyimiz oyunu göstərə bilmirik, bəzən də bəxtimiz gətirmir. Bu, futboldur, hər şey ola bilər”.
Əslən Portuqaliyadan olan qolkiper vəziyyətin dəyişəcəyinə ümid edir: “Səbirli olmalıyıq. Qələbə mütləq gələcək. Ümid edirəm ki, bundan sonra xallar qazanmağa başlayacağıq və bu çətin vəziyyətdən çıxacağıq”.
Mateuş komandasının Premyer Liqada qalacağına inanır: “Hələ qarşıda 13 tur var. Qazana biləcəyimiz 39 xal var. Düzdür, bu, çətin olacaq, xüsusən də indiki vəziyyətdə. Amma 1-2 qələbə qazansaq, vəziyyəti dəyişə bilərik. Bəlkə də bundan sonra ardıcıl qələbələr gələcək. Bilmirəm, amma bunun üçün bütün gücümüzü ortaya qoyacağıq. Məşqlərdə də çox çalışırıq”.
29 yaşlı qolkiper Füzuli Məmmədovun gəlişindən sonra komandada müsbətə doğru dəyişiklik olduğunu vurğulayıb: “Təbii ki, hər iki məşqçi fərqlidir, hərəsinin öz iş prinsipi var. Füzuli Məmmədov barədə onu deyə bilərəm ki, çox təcrübəli məşqçidir. O, çox şey bilir və bizə ciddi şəkildə kömək edir. Füzuli Məmmədov vəziyyətin dəyişməsi üçün əlindən gələni edir. Biz də eyni şəkildə çalışırıq. İnanıram ki, birlikdə məqsədimizə çatacağıq”.
Pedro Mateuş Azərbaycan Premyer Liqasında San-Tome və Prinsipidən olan ikinci futbolçudur. O, daha əvvəl ölkəmizdə çıxış edən həmyerlisi Haramis Soares barədə məlumatlı olduğunu qeyd edib: “Haramis mənim yaxın dostum deyil, amma onu tanıyıram. Yaxşı oyunçudur, təcrübəli futbolçudur. Burada da “Neftçi”nin formasını geyib. Hazırda mən millidə çıxış etsəm də, o, yığmaya dəvət almır. Ola bilsin ki, gələcəkdə yenidən birlikdə milli komandada oynayaq. Mən gələn ay milli komandanın düşərgəsinə yollanacağam”.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bakı klubu bu gün baş məşqçisi ilə vidalaşa bilər - ÖZƏL
- Aleksandr Mostovoy: “Qarabağ”ın qoluna həm təəccübləndim, həm də sevindim”
- “Cəbrayıl”ın yeni transferi Şamaxıda debüt etdi
- PFL təqdim edir: "Qarabağ"ın qələbəsi dünya manşetlərində
- “Səbail” daha bir futbolçusu ilə yollarını ayırdı - ÖZƏL
- Fariz Nəcəfov: “Komandanın yaxşı oynadığını görürdük, amma nəticə əldə edə bilmirdik”
- Nigar Mirzəliyeva Bundesliqada debüt etdi
- “Liverpul” “Qarabağ”la oyundan öncə məğlub oldu
- Bəhlul Mustafazadə: “Matç gedə-gedə qol vurmaq barədə düşünürdüm”
- “Sumqayıt” qələbə qazanıb
- “Neftçi”dən azarkeşlərə çağırış: “Dəstəyini tribunada göstər”
- “Araz-Naxçıvan”da ciddi itkilər: ikisi zədəli, biri müəmmalı
- Bölgə klubu yeni legionerlə güclənib
- Zubir: “10 xal inanılmaz göstəricidir”
- Van Deyk: “Qarabağ”la oyunda hər şey bizdən asılı olacaq”
-
20:38
Şəhriyar Məmmədyarov Azərbaycan çempionatının finalında
-
19:12
"Qarabağ"a 4 qol vurdu, həftənin ən yaxşı oyunçusu seçildi
-
18:57
“Neftçi” və “Araz-Naxçıvan”dan böyükhesablı qələbə
-
18:21
“Şəfa” ardıcıl üçüncü oyunda qələbəyə həsrət qaldı
-
18:00
Azərbaycan oxatanı Avropa çempionatını beşinci pillədə başa vurub
-
17:45
“Səbail” kapitanı ilə yollarını ayırır
-
17:33
“Nyukasl”la oyunda zədələnən Bəhlul Mustafazadənin durumu müəyyənləşdi
-
17:19
Ceykob Merfi: “Qarabağ”a qarşı oyunumuz mövsümdəki ən yaxşı matçımız idi”
-
16:24
Futzal millimizdə yeni məşqçi təyinatı
-
16:06
Millimiz darmadağın oldu
-
15:42
XXI turun hakim təyinatları
-
14:58
“Səbail” Adil Şükürovla yola davam edir
-
14:37
"Nyukasl" azarkeşləri Azərbaycan xalqına təşəkkür etdi
-
14:01
Avropa Şurasının Antidopinq Konvensiyası 2033-cü ildə AMADA-nın fəaliyyətini qiymətləndirəcək
-
13:15
Sabiq "Neftçi"li Özbəkistan klubunda
-
12:43
Avarçəkmə üzrə Azərbaycan birinciliyi keçiriləcək
-
12:29
Cüdo məşqçiləri üçün maarifləndirici seminar təşkil olunub
-
11:54
Elvin Cəfərquliyev: “Daha sadə oynasaydıq, bəzi qolları buraxmazdıq”
-
11:30
Təmsilçilərimiz Türk Dövlətlərinin Xizək Kubokunda iki medal qazanıblar
-
11:16
ÇL-də həftənin ən yaxşısı adına namizədlər açıqlandı
-
10:48
"Brügge" - "Atletiko" matçında 6 qol VİDEO
-
10:22
Makmanaman “Qarabağ”ı tənqid etdi
-
10:07
"İnter"dən gözlənilməz məğubiyyət VİDEO
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
01:45
"Qarabağ" - "Nyukasl" matçında 7 qol VİDEO
-
00:39
Qurbanov məğlubiyyəti şərh etdi
-
00:23
Eddi Hau: “Dominant tərəf biz idik”
-
23:38
“Qarabağ”dan böyükhesablı məğlubiyyət
-
18:00
“Yuventus”un 68 ildən sonrakı ən pis göstəricisi
-
17:32
I Liqada 15-ci tur start götürdü
-
16:56
"Xankəndi"nin məşqçilər korpusunda yeni təyinat
-
16:17
AFFA-dan altı komandaya texniki məğlubiyyət
-
15:54
Azərbaycan təmsilçisi Qış Olimpiya Oyunlarında növbəti mərhələyə vəsiqə qazanıb
-
15:45
Hakimə təzyiq edən baş məşqçi və futbolçu 8 oyunluq cəzalandı
-
15:21
“Sumqayıt” - “Qəbələ” oyunun biletləri satışda
-
15:03
AFFA 3 klubu cərimələdi
-
14:48
Azarkeşlər “Qarabağ”, “Neftçi”, “Kəpəz” və “Sumqayıt”ı xərcə saldı
-
14:35
Ramalinqoma 3, Kadiyə 2 oyun cəza
-
14:19
Yeniyetmə cüdoçular arasında Liqa yarışının I turu keçiriləcək
-
13:52
ABŞ Səfirliyi Nəriman Axundzadəni təbrik edib
-
13:27
Bakıda cüdo texnikaları üzrə imtahan keçiriləcək
-
13:00
Millimizin yekun heyəti açıqlandı
-
12:46
Atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək
-
12:34
Enrika Silva: “Komanda xal itirirsə, günah baş məşqçidə yox, biz futbolçulardadır”
-
12:18
"Real" səfərdə "Benfika"nı məğlub etdi VİDEO
-
12:03
Azərbaycanın sonuncu təmsilçisi Qış Olimpiya Oyunlarında mübarizəyə başlayır
-
11:45
PSJ-dən geridönüş VİDEO
-
11:21
Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal görüşünün nəticəsi dəyişdirilib
-
10:59
"Borussiya" "Atalanta"ya qalib gəldi VİDEO
-
10:32
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
19.02.2026
18.02.2026























