18 Fevral 2026, Çərşənbə
Ramalinqoma 3, Kadiyə 2 oyun cəza
“Qarabağ” “Nyukasl”a qarşı
“Qarabağ” qeyri-adi komandadır”
Eddi Hau: “Özümüzə inanırıq”

Digər idman növləri

Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal görüşünün nəticəsi dəyişdirilib

Şahmat üzrə Azərbaycan çempionatının yarımfinal mərhələsinin ilk oyununda Ayan Allahverdiyeva ilə Türkan Məmmədyarova arasında keçirilmiş partiyanın nəticəsinə yenidən baxılıb.

Futbolxeber.az saytının Azərbaycan Şahmat Federasiyasına istinadən verdiyi məlumata görə, fevralın 17-də baş tutan qarşılaşmada hakimlər kollegiyasının qərarına əsasən, Ayan Allahverdiyeva tərəfindən iki dəfə əsassız iddia irəli sürüldüyü qeyd edilərək partiya Türkan Məmmədyarovanın xeyrinə hesablanıb.

Qərarla razılaşmayan Ayan Allahverdiyeva Azərbaycan Çempionatının Apellyasiya Komitəsinə müraciət edib.

Apellyasiya Komitəsi tərəfindən partiyanın videoyazısı və gedişlərin ardıcıllığı araşdırılıb. Beynəlxalq Şahmat Federasiyasının (FIDE) qüvvədə olan qaydalarına əsasən, Ayan Allahverdiyevanın etirazı təmin olunub.

Apellyasiya Komitəsinin qərarına əsasən, Türkan Məmmədyarovanın qələbəsi ləğv edilib və tərəflər arasında keçirilən ilk partiyanın nəticəsi heç-heçə kimi rəsmiləşdirilib.

Türkan Məmmədyarova Apellyasiya Komitəsinin qərarı ilə razılaşdığını bildirib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28