19 Fevral 2026, Cümə axşamı
Qurbanov məğlubiyyəti şərh etdi
Eddi Hau: “Dominant tərəf biz idik”
“Qarabağ”dan böyükhesablı məğlubiyyət
Ramalinqoma 3, Kadiyə 2 oyun cəza

Ölkə futbolu

Azarkeşlər “Qarabağ”, “Neftçi”, “Kəpəz” və “Sumqayıt”ı xərcə saldı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, 14 fevral 2026-cı il tarixində Azərbaycan Premyer Liqasında XX turun “İmişli” - “Qarabağ” oyununun 90+5-ci dəqiqəsində qonaq komandanın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə Ağdam klubu 6000 manat cərimə edilib.

15 fevral 2026-cı il tarixində Azərbaycan Premyer Liqasında XX turun “Kəpəz” - “Neftçi” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə Gəncə klubu 8000 manat cərimə edilib.

Matç zamanı “Neftçi” azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə paytaxt klubu da 8000 manat cərimə edilib.

15 fevral 2026-cı il tarixində Azərbaycan Premyer Liqasında XX turun “Araz-Naxçıvan” - “Sumqayıt” oyununda qonaq azarkeşlər tərəfindən rəqib komandanın və hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Sumqayıt” komandası 6000 manat cərimə edilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28