20 Fevral 2026, Cümə
Millimiz darmadağın oldu
XXI turun hakim təyinatları
Makmanaman “Qarabağ”ı tənqid etdi
Qurbanov məğlubiyyəti şərh etdi

Digər idman növləri

Cüdo məşqçiləri üçün maarifləndirici seminar təşkil olunub

Cüdo üzrə Azərbaycan milli komandalarının baş həkimi Ramil Vəliyevin təqdimatında məşqçilər üçün kəllə-beyin travmalarının profilaktikası mövzusunda maarifləndirici seminar təşkil olunub.

Futbolxeber.az saytına Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, seminarın əsas məqsədi idman mühitində baş verə biləcək travmaların qarşısının alınması, erkən əlamətlərin tanınması və düzgün ilkin müdaxilə mexanizmlərinin məşqçilərə çatdırılması olub. Tədbir zamanı iştirakçılara kəllə-beyin travmalarının yaranma səbəbləri, risk faktorları və onların uzunmüddətli təsirləri barədə ətraflı məlumat verilib.

Xüsusilə vurğulanıb ki, idman zamanı baş nahiyəsinə zərbə hallarında ilkin simptomların vaxtında müəyyən edilməsi və idmançının dərhal tibbi qiymətləndirilməsi həyati əhəmiyyət daşıyır. Bu təşəbbüs milli komandalarda sağlamlıq və təhlükəsizlik mədəniyyətinin gücləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlərin tərkib hissəsidir.

Gələcəkdə də məşqçilər və idman mütəxəssisləri üçün bu istiqamətdə maarifləndirici tədbirlərin davam etdirilməsi planlaşdırılır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28