Ölkə futbolu
Yuri Vernidubdan qələbə şərhi
"Neftçi" Azərbaycan Premyer Liqasının 19-cu turunda doğma meydanda "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəlib.
Futbolxeber.az saytının məlumatına görə, “ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Komanda birinci hissədə yaxşı oynadı, ikinci yarıda isə eyni tempi göstərə bilmədi. Bunun səbəbi nədir?
- Bəli, birinci hissədə çox yaxşı oynadıq. Bir qol vurduq. İkincini də vura bilərdik. "Qəbələ"nin isə ümumiyyətlə fürsətləri olmadı. İkinci hissəyə gəldikdə, psixologiya ilə bağlıdır. Komanda bu meydanda uzun müddətdir qələbə qazanmırdı. Hesabda öndə idik deyə bəlkə də komanda müdafiə olunmağı seçdi. Bu da bizim istədiyimiz oyun deyil. Daha yaxşı oyun gözləyirdik. Oyunçulara dedim ki, bu gün bizə qələbə lazımdır ki, yolumuza davam edə bilək. Onlar buna nail oldular. Mən də təşəkkür edirəm. Oyun yaddan çıxır. Nəticə isə həmişə yadda qalır.
- Mediada belə xəbərlər var ki, "Qarabağ"la oyunun təxirə salınmamasını ən çox siz tələb edirsiz. Bu, nə dərəcədə doğrudur?
- Hansı mediada yazılıb? Kim yazıb? Mənə deyilsə ki, oynayaq, oynayacağıq. Oynamayaq deyilsə, oynamayacağıq.
- Rəqib komandanın məşqçisi dedi ki, oyunda aqressvilik var idi. Siz bu fikirlə razısınız?
- Aqressivlik yox, intensivlik var idi. "Neftçi" və "Qəbələ"nin futbolçularının bir-birini vurmasını, zədələməsini görmədim.
- "Qarabağ"la oyunun təxirə salınması məsəsi son günlərdə gündəmi zəbt edib. Həmin matça xüsusi motivasiya ilə çıxmağa ehtiyac var, yoxsa adi oyun kimi yanaşacaqsınız?
- Azərbaycan Premyer Liqasında 12 komanda var. Bizə görə onlardan biri bizik, digər 11 komanda isə rəqibdir. Mənim üçün hər oyun önəmlidir. Rəqibin "Qarabağ", "Sumqayıt" və ya "Kəpəz" olmasının fərqi yoxdur. İstəyirəm ki, həm oyunda qələbə qazanım. Qarşımda duran tapşırıq budur.
- Hakimin idarəçiliyi sizi razı saldı?
- Mən baş məşqçiyəm və hakimin hərəkətlərini şərh edə bilmərəm. Bunun üçün federasiya, Hakimlər Komitəsi var. Amma səmimi deyim ki, bəzi məqamlarla razı deyiləm. Hakimlər də insandır, onlar da səhv edə bilərlər. Qərəzli yanaşma görmədim.
- Yeni transferiniz Breno Almeyda meydana çıxmağa hazırdır?
- Onu uzun müddətdir izləyirdik. Bizdə çox yaxşı skautinq var. Bu oyunçu həm skautların, həm də məşqçi heyətinin xoşuna gəldi. Həm cinahlarda, həm də hücumun mərkəzində oynamağı bacarır.Yaxşı sürəti, texnikası və driblinqi var. Ondan gözləntilərim böyükdür. Sabahdan etibarən bizimlə məşqlərdə olacaq. Əlbəttə ki, kollektivə tam uyğunlaşması üçün bir az vaxt lazımdır. Bir həftədən sonra oynaya bilər. Dərhal onu meydana buraxa bilmərəm. Məşqlərdə futbolçuya baxmaq lazımdır.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Rəhman Hacıyev “Səbail”dən getdi, yeni klubu da məlumdur
- "Qarabağ" - "Ayntraxt" oyununun hakimləri müəyyənləşdi
- Bakı klubu bu gün baş məşqçisi ilə vidalaşa bilər - ÖZƏL
- Aleksandr Mostovoy: “Qarabağ”ın qoluna həm təəccübləndim, həm də sevindim”
- “Cəbrayıl”ın yeni transferi Şamaxıda debüt etdi
- Yuri Vernidub: “Nəyə görə “Qarabağ”ın əhvalını korlamayaq?”
- PFL təqdim edir: "Qarabağ"ın qələbəsi dünya manşetlərində
- “Səbail” daha bir futbolçusu ilə yollarını ayırdı - ÖZƏL
- Rəşad Sadıqov: "Türkiyədə məşqçi işləmək istəyirəm"
- Vernidub “Neftçi”nin “Lokomotiv”lə əməkdaşlığından danışdı: “Bunun mənə nə aidiyyəti var?”
- “Neftçi” mövsümün ikinci hissəsi üçün yeni legioner sifariş edir
- “Ayntraxt” Bakıya heç-heçə ilə gəlir
- "Neftçi"də bir transfer, iki ayrılıq
- Fariz Nəcəfov: “Komandanın yaxşı oynadığını görürdük, amma nəticə əldə edə bilmirdik”
- Qurban Qurbanov: “Futbolçular yorğun olsalar da, bunu bacardılar”
-
20:19
Maçado "Araz-Naxçıvan"a qələbə qazandırdı VİDEO
-
20:04
Demçenko: “Futbolçularım döyüşdülər”
-
19:32
Saşa İliç: “Məğlub olmamalıydıq”
-
18:57
“Neftçi” və "Araz-Naxçıvan"dan qələbə
-
18:26
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:48
“Ən ucuz qolları biz buraxırıq”
-
17:11
Yuri Vernidubdan qələbə şərhi
-
15:30
Pedro Mateuş: “Füzuli Məmmədov vəziyyətin dəyişməsi üçün əlindən gələni edir”
-
14:55
"Fənərbaxça"nın 61 illik rekordu təkrarlandı
-
14:07
Şəhriyar Məmmədyarov: “Nyukasl”la oyunda “Qarabağ”dan hər şey gözləmək olar”
-
13:23
"Kəpəz" - "Neftçi" : Heyətlər açıqlandı
-
12:54
İcraiyyə Komitəsi vaxtında Qurban Qurbanova qulaq assaydı...
-
12:32
Azərbaycan atleti beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:18
Cəlal ehtiyatda qaldı, sabiq “Neftçi”li qol vurdu
-
12:00
Bəhlul Mustafazadə: “Nyukasl”la oyunda şanslar 50-nin 50-yədir”
-
11:41
“Bavariya” “Verder”ə şans tanımadı VİDEO
-
11:28
“Kayzerslautern”in qələbə həsrəti bitdi
-
11:16
“Real”dan 4 qollu qələbə VİDEO
-
10:59
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:45
"Latsio” “Atalanta”ya uduzdu VİDEO
-
10:33
Ronaldo qayıdışını qolla qeyd etdi
-
10:24
Azərbaycan çempionatı: Şəhriyar Məmmədyarov qalib gəlib
-
10:12
“İnter” “Yuventus”u məğlub etdi VİDEO
-
10:00
“Çempion olsa belə, “Sabah”dan getdiyim üçün peşmançılıq çəkməyəcəm"
-
09:47
"Fənərbağça" Trabzondan qələbə ilə qayıtdı VİDEO
-
23:56
“Nyukasl” Bakıya qələbə ilə gəlir
-
20:02
"Zirə" 3 xalı tək qolla qazandı VİDEO
-
19:41
Rəşad Sadıqovdan qələbə şərhi
-
19:17
Füzuli Məmmədov: “Hakimlər bizim matçlarda çox diqqətli olsunlar”
-
18:54
"Qarabağ" və "Zirə" qalib gəldi
-
17:38
Qurban Qurbanov: “Belə meydançada “Nyukasl”la oyuna necə hazırlaşım?”
-
17:25
Musa Qurbanlı "Qarabağ"a qələbə qazandırdı VİDEO
-
16:43
"Kəpəz"dən yeni transfer
-
15:59
“Zirə” - “Karvan Yevlax”: Heyətlər müəyyənləşdi
-
14:37
Koxalski Qubada meydana niyə çıxmayıb: zədə, yoxsa..?
-
14:12
Gənc cüdoçular Şamaxıda təlim-məşq toplanışına başlayıblar
-
14:00
Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin görüşləri keçiriləcək
-
13:21
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
-
12:36
Juninyo qələbə qolu vurdu VİDEO
-
11:58
PSJ uduzdu VİDEO
-
11:45
“Neftçi” heyətinə “Şalke”dən futbolçu cəlb etdi
-
11:23
"Araz-Naxçıvan" braziliyalını transfer etdi
-
11:09
"Borussiya"dan darmadağın VİDEO
-
10:54
Millimizin üzvü PSV üzərində qələbəyə sevindi
-
10:32
Modriç "Milan"a 3 xal qazandırdı VİDEO
-
10:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:00
"Qalatasaray"dan 5 qollu qələbə VİDEO
-
18:00
I Liqada 14-cü tura yekun vurulub
-
17:24
ACF Kuboku keçiriləcək
-
16:48
Adil Şükürov: "Səbail"in çempionluq şansı itməyib"
15.02.2026
14.02.2026
13.02.2026























