10 Yanvar 2026, Şənbə
"Sumqayıt" "Pakş"a məğlub oldu
“Qarabağ” Renata təklif göndərib?
Kadidən “qayıtdım” mesajı
"Neftçi"də məşqçi təyinatları

Ölkə futbolu

Premyer Liqamızda cari mövsümdə 36 penalti, 29 qol qeydə alınıb

Azərbaycan Premyer Liqasının baş tutan 16 turunun 95 matçında 36 penalti təyin olunub.

Futbolxeber.az saytının məlumatına görə, sözügedən statistika ilə bağlı Peşəkar Futbol Liqası məlumat yayıb. Orta hesabla hər oyunda 0,38, yəni hər 237,5 dəqiqədə bir dəfə 11 metrlik cərimə zərbəsi vurulub.

Bunlardan 29-u dəqiq olub. Futbolçuların dəqiqliyi 80,56 faiz təşkil edib.

Meydan sahibləri 19, qonaqlar 17 dəfə belə imkan qazanıb. Öz meydanında oynayanlar 2, səfər matçına çıxanlar 5 şansı qaçırıb.

Premyer Liqanın bütün komandaları penalti imkanı qazanıb. “Qarabağ”la “Sumqayıt” daha çox – hərəyə 5 belə zərbə vurub. Ağdam klubu 100 faizlik nəticə göstəribsə, Sumqayıt təmsilçisi yalnız iki dəfə dəqiq olub.

“İmişli” də üç penalti qaçırıb. Həm debütant, həm də “Qəbələ” penaltidən qol sevinci yaşamayıb: “Qarabağ” – 5, “Sumqayıt” – 5 (3-ü qeyri-dəqiq), “Neftçi” – 4, “Kəpəz”, “Sabah”, “Şamaxı”, “Zirə”  – 3, “İmişli” – 3 (3), “Araz-Naxçıvan”, “Karvan-Yevlax”, “Turan Tovuz” – 2, “Qəbələ” – 1 (1).

12 klubdan 11-i penalti ilə cəzalanıb. Yalnız “Sabah”ın qapısına 11 metrlik cərimə zərbəsi təyin edilməyib: “Araz-Naxçıvan” – 7 (1-i qeyri-dəqiq), “Karvan-Yevlax” – 6, “Qarabağ” – 5 (2), “Neftçi” – 3, “Qəbələ”, “Turan Tovuz” – 3 (1), “Kəpəz”, “Şamaxı”, “İmişli” – 2, “Zirə” – 2 (1), “Sumqayıt” – 1 (1).

36 penaltini 22 futbolçu yerinə yetirib. Aleksandr Ramalinqom 5 belə imkan qazanıb. “Sumqayıt”ın legioneri yalnız 2 zərbədə sevinib. Toral Bayramov (“Qarabağ”) 4, Emin Mahmudov (“Neftçi”) və Ruan Renato (“Zirə”) 3 dəfə penaltini qola çevirib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31