7 Fevral 2026, Şənbə
"Yenə də favorit "Qarabağ"dır"
"Neftçi"də braziliyalı vinger?
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb

Ölkə futbolu

Qurban Qurbanov: “İstəyirəm ki, media və azarkeşlər hər zaman mənə güvənsinlər”

“Futbolçuların istirahətə ehtiyacı var idi. Toral Bayramov və Aleksey Kaşuk xəstələndikləri üçün toplanışa gec qoşuldular”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Antalya toplanışında yoxlama oyunlarında qarşılaşacaqları rəqiblərin zəif olmadığını bildirib: “Bütün futbolçulara şans verəcəyik. Çox enerji sərf etmək istəmirik. Müəyyən çatışmazlıqlar var idi, bunu məşqlərdə yoluna qoymağa çalışdıq. Heç bir futbolçudan narazı deyiləm. Artıq liqamızda bizə təhlükə yaradan kollektivlər var. Bu, çox sevindirici haldır".

O, “Qarabağ”ın futbolçularına olan maraqdan da söz açıb: “Ən çox maraq yerli futbolçularadır. Menecerlər tez-tez əlaqə saxlayırlar. Konkret kimin gedəcəyi və ya qalacağı bəlli deyil. Bu, Marko Yankoviçə də aiddir”.

Qurbanov bütün mövqeləri gücləndirmək istədiklərini vurğulayıb: “Bəzi mövqelərdə futbolçu sayını artırmaq istəyirik. Çünki il ərzində oyun sayı çox olur. Bu, həm oyunumuza, həm də məşq prosesimizə müsbət təsir edəcək. Çempionlar Liqasına görə transfer etmək istəmirik. Gələcək üçün çalışırıq".

Mütəxəssis futboldan uzaq qalmağının mümkün olmadığını söyləyib: “İstəyirəm ki, media və azarkeşlər hər zaman mənə güvənsinlər. Futboldan uzaq qalmaq mümkün deyil. Hara getsəm, məğlub olduğumuz oyunlar haqqında, niyə dəyişiklikləri vaxtında etmədiyimi soruşurlar”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28