9 Fevral 2026, Bazar ertəsi
Rəşad Sadıqovdan qələbə şərhi
"Zirə" "Sumqayıt"a qalib gəldi
"Yenə də favorit "Qarabağ"dır"
"Neftçi"də braziliyalı vinger?

Digər idman növləri

"Bakı-Xankəndi" Azərbaycan Velosiped Yarışının maskotu müəyyənləşib

"Bakı-Xankəndi" Azərbaycan Velosiped Yarışının maskotu müəyyənləşib.

Futbolxeber.az saytına bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) məlumat verilib.

Federasiya tərəfindən yarışın maskotu kimi milli-mənəvi dəyərləri, güc və dözümlülüyü simvolizə edən Qarabağ atı seçilib.

AzVİF rəsmi maskotunun hazırlanması ilə bağlı müsabiqə elan edib. Müsabiqənin məqsədi Qarabağ atı obrazını müasir dizayn yanaşması ilə təqdim edən, velosiped idmanının dinamizmini və Azərbaycanın mədəni irsini əks etdirən yaddaqalan maskotun yaradılmasıdır.

Qeyd edək ki, "Bakı-Xankəndi" Azərbaycan Velosiped Yarışı mayın 10-14-ü aralığında təşkil olunacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28