25 Yanvar 2026, Bazar günü
Millimiz Danimarkaya qalib gəldi
"Qarabağ" "Kəpəz"ə məğlub oldu
Millimizin üzvü Bundesliqa klubunda
Sadıqov: “Vəziyyət pisə doğru gedir”

Futzal

Millimizin üzvü: "Danimarkaya vurduğum qolu dünyasını dəyişmiş atama həsr edirəm"

Azərbaycanın futzal millisinin üzvü Ədalət Ələkbərov ötən gün yoxlama matçında Danimarka millisinə vurduğu qolu vəfat etmiş atasına həsr edib.

Futbolxeber.az saytının məlumatına görə, bunu oyunçu özü Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib.

O, sözügedən matçda qələbə qazandıqları üçün sevincli olduqlarını bildirib:

"Birinci oyunda səhvlərimiz çox oldu. Həm yaratdığımız epizodları düzgün dəyərləndirə bilmədik, həm də rəqibin fərqlənməsi üçün boşluqlar verdik. Oyundan sonrakı gün baş məşqçi səhvlərimizi göstərdi, nələri düzgün etmədiyimizi dedi, necə oynamalı olduğumuzu bir daha videoanalizlərlə başa saldı. Təbii ki, qısa vaxt ərzində hər şeyi dəyişmək mümkün deyil. Ancaq bəsit səhvlərdən qaçdıq. Üstəlik, məğlubiyyətin yaratdığı məyusluq və revanş istəyi qələbənin əldə olunmasında köməyimiz oldu. Doğma meydanda oynayırdıq, məsuliyyətimiz ikiqat idi. Düzdür, rəqibimiz Avropada futzal üzrə sayılıb-seçilən komanda deyil, amma bu gün hər bir futzal komandası sürətlə inkişaf edir. Onlar bizdən əvvəl Norveçi böyük hesabla udub, rəsmi görüşdə Qazaxıstan kimi güclü və təcrübəli heyətə malik komandanı üstələyiblər. Bu onu göstərir ki, zəif rəqib yox, oyuna zəif yanaşma olur.

Əlbəttə, qol vurduğuma görə xoşbəxtəm. Buna qədər U-19-un heyətində dəfələrlə fərqlənsəm də, əsas millidə ilk qolum oldu. İlklər hər zaman yaddaqalan və əziz olur. Vurduğum qolu dünyasını vaxtsız dəyişmiş atama həsr edirəm".

Qeyd edək ki, Azərbaycan - Danimarka matçı yığmamızın 4:2 hesablı qələbəsi ilə bitib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31