20 Fevral 2026, Cümə
Millimiz darmadağın oldu
XXI turun hakim təyinatları
Makmanaman “Qarabağ”ı tənqid etdi
Qurbanov məğlubiyyəti şərh etdi

Ölkə futbolu

13 il, 80-ci qol

I Lqanın başa çatan 15-ci turu yubiley qolu ilə əlamətdar olub.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, “Baku Sportinq”in futbolçusu İlham Allahverdiyev I Liqada (əvvəlki 1-ci divizionda) 80-ci qolunu vurub.

O, “Cəbrayıl”la səfər görüşünün (2:1) 22-ci dəqiqəsində hesabı açıb. 33 yaşlı hücumçu 80-ci qolunu 203-cü oyununda vurub.

İlham I Liqada 2012/13 mövsümündə “Qaradağ Lökbatan”ın heyətində debüt edib. İlk qolunu isə növbəti mövsümdə elə eyni komanda da vurub.

Forvard paytaxt təmsilçisində daha çox – 30 dəfə fərqlənib. İlham “Şəmkir”də 9, MOİK-də 24, “Difai”də 9, “Baku Sportinq”də 8 qola sevinib.

Qeyd edək ki, Allahverdiyevin ilk qolunu vurduğu 2013/14 mövsümündən indiyədək olan dövrdə yalnız bir futbolçu I Liqada daha çox fərqlənib. Bəhruz Teymurov bu müddətdə 94 qol vurub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28