Ölkə futbolu
Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”

“Üzücü məğlubiyyət oldu. Evdə, öz azarkeşlərimiz qarşısında oynayırdıq. Buna görə də qalib gəlmək istəyirdik”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 31-ci turunda “Sumqayıt”a qarşı keçirilən oyundan sonra deyib.
O, komandasının 1:4 hesablı məğlubiyyətini belə şərh edib: “Oyuna yaxşı başladıq. İlk 10 dəqiqə üstünlüyümüzlə keçdi. Sonradan çox təəssüf ki, iki ardıcıl qol buraxdıq. Bəzi çatışmazlıqlarımız, mövqe problemlərimiz var idi. Bəzi oyunçuların cəzalı, yaxud zədəli olması səbəbindən dəyişiklik etməyə məcbur olmuşduq. Gözləyirdik ki, hardasa çətinliklə üzləşəcəyik. Bu da “Sumqayıt”la oyuna təsadüf etdi”.
Mütəxəssis fasilədən sonra oyunu dəyişə bildiklərini söyləyib: “Bizdən fərqli olaraq rəqibdə ilk hissədə hər şey alınırdı. Fasilədən sonra oyunu çevirə bildik. Erkən qol vurduq. Ardınca Otto Con 2 dəfə təkbətəkdən yararlana bilmədi. Halbuki o, şanslarını dəyərləndirsəydi, hər şey başqa cür ola bilərdi. İkinci hissədə mübarizə apardıq. Hətta məcburiyyətdən zədəli futbolçuları da meydana buraxdıq. Təəssüf ki, bütün bunlar istəyimizə çatmağa kifayət etmədi”.
Abbasov mübarizənin davam etdiyini bildirib: “Mövsüm uzundur. Həm psixoloji, həm də fiziki cəhətdən hazır olmaq lazımdır. Bu gün göründü ki, futbolçular basqı altına düşəndə çətinlik çəkirlər. Böyümək üçün bu anları yaşamalıyıq. Son günlər hər kəs avrokuboklar haqda düşündü. Futbolçular uduzmaqdan qorxurdular. Hiss elədim bunu. Bu məğlubiyyətlər olmasa və bundan dərs çıxarmasaq, böyüməyəcəyik. Bunu hər kəs qəbul etməlidir. Biz bu komandanı yığanda da demişik ki, sona qədər mübarizə aparacağıq. İnanıram ki, düz yoldayıq”.
O, məğlubiyyətə görə günahkar axtarmadığını vurğulayıb: “Hər bir komanda uduza bilər. Bu gün günahkar axtarmıram. Qışdan sonra bu, üçüncü məğlubiyyətimizdir. Bu seriyanı yaxalamaq da çətin idi. İrəli baxmalıyıq. Bu gün ruhdan düşmək gələcəyimizə çətinlik yarada bilər. Futbolçular əllərindən gələni etdilər. Səhvlər var, gələn oyunlarda onları təkrarlamamağa çalışacağıq”.
A.Abbasov səhvlərin konkret nədən ibarət olduğunu belə izah edib: “Bu gün dayaq yarımmüdafiəçimiz yoxdur. Mövsümün əvvəlində Piruzi zədələndi, Veysəl zədələndi, Xəyal bu gün cəzalı idi. Bir Aleks qalmışdı həmin mövqedə. Ötən matçda orda Ayxanı sınadıq. Amma həm tam hazır deyil, həm də onun üçün yad mövqedir. Üstəlik, “Sumqayıt” çempionatda orta xətdə ən aktiv komandadır. Çox hərəkətlidirlər, top saxlayırlar. Bu gün Hakmanı məcburiyyətdən ortaya çəkmişdik. Miller zədəli olduğu üçün müdafiədə dəyişiklik etməli olduq. Eləcə də hücumda Paçu və Souzanın oyunu alınmadı. Əvəzetmələrlə vəziyyəti dəyişməyə çalışdıq. İkinci hissədə oyunumuz yaxşı alındı. Son 10 dəqiqəni çıxsaq, ikinci hissə üstünlüyümüzlə keçdi. Rəqib də yaxşı oynadı. Bunu qeyd etmək lazımdır”.
O, matçdan öncə yaradılan ajiotaj barədə də söz açıb: “Ajiotaj olacaq, çempionatın sonudur. Buna psixoloji hazır olmaq lazımdır. Mövsümün sonunda söz-söhbətlərin, gərginliyin olması normaldır. Komanda kimi buna hazır olmalıyıq. Bu söz-söhbətlərin bizə pis təsir etməsi gələcəyimiz üçün mənfi haldır. Bu yükün altına girmək lazımdır”.
“Turan Tovuz”un baş məşqçisi söz-söhbətlərin nədən qaynaqlanması barədə sualı belə cavablandırıb: “İlk iki dövrədə bizə qarşı çox hakim səhvləri oldu. Burada hansısa komandanın adını çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq. Bəzi oyunlar var ki, bizə qarşı 100 faiz səhvlər olub. Bu söhbətlər də məhz ondan irəli gəlir”.
Abbasov növbəti matça komandanı psixoloji cəhətdən hazırlayacaqlarını qeyd edib: “Belə halla ilk dəfə deyil üzləşirik. Qalib gələndə də, uduzanda da futbolçuları növbəti matça hazır etməliyik. Son matçlar bizim üçün çox önəmlidir. Futbolçular mövsümün sonunu çatdırmalıdırlar. Gələcək mövsüm üçün siqnal verməlidirlər. Təkcə turnir cədvəlini düşünmürük”.

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-da dəyişiklik: Departament rəhbərinin müqaviləsi yenilənmədi
- UEFA “Qarabağ”ın “Ferentsvaroş”la oyunlarının vaxtını açıqladı
- “Neftçi”nin Polşadakı düşərgəsinə yeni legioner qoşuldu
- Zaur Axundov: “Sevinirik, lakin hələ heç nə bitməyib”
- “Aris” - “Araz-Naxçıvan” oyununu yayımlayacaq kanal müəyyənləşdi
- Çarls Boli: “Kiprə qələbə üçün yollanacağıq”
- “Şkendiya”nın baş məşqçisi: “Qarabağ”a mütləq hörmətlə yanaşmalıyıq”
- Elxan Məmmədov “Araz-Naxçıvan”ın qələbəsinə şahidlik etdi
- Azərbaycan Premyer Liqasında ilk turun hakim təyinatları açıqlandı
- “Zirə” Utziqin gedişindən nə qədər qazanacaq?
- “Ferensvaroş” “Qarabağ”la oyundan öncə uduzdu
- “Araz-Naxçıvan”ın “Omoniya” ilə oyunlarının vaxtı bilindi
- Elmar Baxşıyev: "Günü-gündən yaxşılığa doğru gedirik"
- Yaşar Seyidov: “Elə problemlər yaradırlar ki, heç şeytanın da ağlına gəlməz”
- “Fiorentina”nın oyunu Əliyar Ağayevə tapşırıldı
-
15:00
“Səbail” “Araz-Naxçıvan”ın futbolçusu ilə gücləndi
-
14:42
“Neftçi” “İmişli”yə, “Qarabağ” “Sumqayıt”a qarşı
-
14:28
Qadın futbolunda yeni rekord
-
14:14
“Qurtuluş” FK 3 yaşında!
-
13:37
Sabiq “Səbail”li Rumıniya klubunda
-
13:09
Məsiyev Riera və 7 futbolçuya sarı vərəqə göstərdi
-
12:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:23
"Beşiktaş" İsveçrədən heç-heçə ilə qayıtdı VİDEO
-
11:56
“Qalatasaray”ın sabiq üzvü Azərbaycan klubunda
-
11:12
Azərbaycanlı FIFA referisi Çempionlar Liqasının oyunlarına təyinat alıb
-
10:31
Əliyar Ağayev Moyze Kini meydandan qovdu VİDEO
-
10:08
Cəlal Hüseynov Polşadan məyus qayıtdı
-
09:44
U-17 millimiz Monteneqroya uduzub
-
09:27
"Qarabağ" - “Ferensvaroş” oyununun biletləri satışa çıxır
-
21:39
“Neftçi” “İmişli” ilə oyuna hazırdır FOTOLENT
-
18:00
"Zirə"nin futbolçusu 4 oyunluq cəzalandırıldı
-
17:24
"Neftçi" kapitanı ilə müqaviləni uzatdı, 3 transfer reallaşdırdı
-
16:46
Okaforun “Lids”ə keçidi rəsmiləşdi
-
16:02
Azərbaycanın millisi III MDB Oyunlarına Türkiyədə hazırlaşacaq
-
15:31
Samir Abasov iki futbolçunu əsas komandadan kənarlaşdırdı
-
15:17
“Qarabağ”ın oyununun biletləri satışa çıxdı
-
14:58
Kristian Avram: “Bu cür vəziyyətlərdə bir-birimizə dəstək olmalıyıq”
-
14:43
AFFA "Qəbələ"ni cərimələdi
-
13:29
Adil Şükürov: "Kəpəz"in daha yaxşı olması üçün bütün gücümlə çalışacağam"
-
13:00
II turun hakim təyinatları açıqlandı
-
12:14
Azərbaycanın cüdo millisi İspaniyada təlim-məşq toplanışına qatılıb
-
11:36
"Qəbələ" bu gün yoxlama oyunu keçirəcək
-
10:52
Azərbaycanın 4 klubunda oynamış futbolçu Omana getdi
-
10:21
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:07
"Abşeron Lions"da yeni müqavilə
-
09:45
Çempionlar Liqası: "Araz-Naxçıvan" iştirak ərizəsini UEFA-ya göndərdi
-
18:13
AFFA rəsmisi Çempionlar Liqasına təyinat alıb
-
17:59
Yeniyetmə voleybolçular arasında Azərbaycan birinciliyi keçiriləcək
-
17:22
Prezident və birinci xanım Gəncə stadionunda - YENİLƏNİB
-
17:05
“Zirə” Utziqin gedişindən nə qədər qazanacaq?
-
16:47
Millimiz Avropa çempionatıan məğlubiyyətlə başladı
-
16:31
"Zirə" hücumçusunu Vyetnam klubuna icarəyə verdi
-
16:16
II Liqada da yeni mövsümün püşkü atılıb
-
15:54
Şəhriyar Məmmədyarov yeniyetmə şahmatçılara ustad dərsi keçib
-
15:29
Bakı klubunda yeni müqavilə
-
15:00
Bəxtiyar Həsənalızadə: “Bir az xarakter lazım idi ki...”
-
13:43
Musa Qurbanlı: “Allah nə vaxt istəsə, onda səni mükafatlandırır”
-
13:18
I Liqada yeni mövsümün püşkü atıldı
-
12:52
"Ferensvaroş"un hücumçusu: “İki top fərqi dünyanın sonu deyil”
-
12:01
Ronaldonun komandası Superkuboku qazandı VİDEO
-
11:27
Azərbaycan Premyer Liqasından 10 ildən sonra ilk yaşandı
-
11:14
Mbappe "Real"a qələbə qazandırdı VİDEO
-
11:00
Tiaqo Silva təxribata əl atdığını düşünmür: “Bu, mənim adətimdir”
-
10:45
Çempionlar Liqası: "Qarabağ" üç göstəricidə liderdir
-
10:33
Azərbaycan basketbolunda ilk
22.08.2025
21.08.2025
20.08.2025













