Ölkə futbolu
Tiaqo Silva təxribata əl atdığını düşünmür: “Bu, mənim adətimdir”

“Zirə”nin qapıçısı Tiaqo Silvanın Futbolxeber.az saytına müsahibəsi
- Mövsümün ilk oyununda “Araz-Naxçıvan”la xalları yarı böldünüz. 1:1-lik bərabərliyi necə şərh edərdiniz?
- Çətinn oyun oldu. Rəqibə nisbətən meydanda daha yaxşı idik. Qolumuzu da vura bildik. İstərdik ki, yaratdığımız qol fürsətlərindən yararlanaq. Təəssüf ki, alınmadı. Əvəzində rəqib status-kvonu bərpa etdi. Şansları boşa verəndə nəticə belə olur.
- Həqiqətən də “Araz-Naxçıvan”la müqayisədə qol şanslarınız daha çox idi. İkinci dəfə fərqlənmək üçün nə çatışmadı?
- Qol vurmaq (gülür). Bu cür qol fürsətlərini yaradıb fərqlənə bilmirsənsə, düşünürəm ki, bunun üzərində çalışmaq lazımdır. Növbəti matçlarda da bu cür qol epizodları yaratsaq, 3-4 dəfə fərqlənmək olar.
- Qol vurduğunuz epizodda komanda yoldaşlarınız sevinərkən meydanın mərkəzinə gəldiniz və “Araz-Naxçıvan”ın hücumçusu Ba-Muaka Simakala ilə aranızda mübahisə yarandı. Rəqibi təxribata çəkməyinizə səbəb nə idi?
- Xeyr. Qətiyyən təxribatdan söhbət getmir. Sadəcə bu, mənim adətimdir. Hər dəfə qol vurduqdan sonra meydanın mərkəzinə gəlirəm. Bu, bir növ komanda yoldaşlarıma yaxın olmağım, qolu onlarla birgə qeyd etməyimdir. Rəqib futbolçularla aramızda hansısa dialoq ola bilər.
- Ümumiyyətlə, meydanda iki komanda arasında tez-tez gərginlik yaşanırdı. Bunu nə ilə əlaqələndirirsiniz? Ola bilər ki, bu, avrokuboklardakı uğursuzluqdan irəli gəlirdi?
- Öz komandamızın adından deyə bilərəm ki, bizim üçün fərqi yoxdur, rəqib “Araz-Naxçıvan”dır, yaxud “Hayduk”dur, biz çalışırıq əlimizdən gələnin ən yaxşısını edək. Rəqibin də Konfrans Liqasında çıxış etdiyini nəzərə alsaq, bu aqressiya başadüşüləndir. Oyundakı yüksək intensivliyi də nəzərə alsaq, belə halların olması normaldır.
- Bəzi komandalar mövsümün əvvəlində çempionluğa oynayacaqlarını açıqlayıblar. Bəs “Zirə”?
- Komanda şəklində hər kəs bunu istəyər. Mən 3 il əvvəl “Zirə”yə gəlmişəm və 2 dəfə gümüş medal qazanmışam. Könül istərdi ki, çempion olaq. Mən öz adımdan deyirəm, çempion olmaq istəyirəm.
- Qeyd etdiyiniz kimi, artıq 3 ildir “Zirə”dəsiniz. Seçim sizin əlinizdə olsa, daha nə qədər komandada qalmaq istərdiniz?
- Proqnoz vermək istəmirəm. Ümumiyyətlə, gələcəklə bağlı danışmağı sevmirəm. Keçmişdə baş verənlər keçmişdə qalıb, gələcək barədə danışmaq isə tez olar.
İbrahim Cəfərov

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-da dəyişiklik: Departament rəhbərinin müqaviləsi yenilənmədi
- UEFA “Qarabağ”ın “Ferentsvaroş”la oyunlarının vaxtını açıqladı
- “Neftçi”nin Polşadakı düşərgəsinə yeni legioner qoşuldu
- Zaur Axundov: “Sevinirik, lakin hələ heç nə bitməyib”
- “Aris” - “Araz-Naxçıvan” oyununu yayımlayacaq kanal müəyyənləşdi
- Çarls Boli: “Kiprə qələbə üçün yollanacağıq”
- “Şkendiya”nın baş məşqçisi: “Qarabağ”a mütləq hörmətlə yanaşmalıyıq”
- Azərbaycan Premyer Liqasında ilk turun hakim təyinatları açıqlandı
- Elxan Məmmədov “Araz-Naxçıvan”ın qələbəsinə şahidlik etdi
- “Zirə” Utziqin gedişindən nə qədər qazanacaq?
- “Ferensvaroş” “Qarabağ”la oyundan öncə uduzdu
- “Araz-Naxçıvan”ın “Omoniya” ilə oyunlarının vaxtı bilindi
- Elmar Baxşıyev: "Günü-gündən yaxşılığa doğru gedirik"
- Yaşar Seyidov: “Elə problemlər yaradırlar ki, heç şeytanın da ağlına gəlməz”
- “Fiorentina”nın oyunu Əliyar Ağayevə tapşırıldı
-
23:00
"Sumqayıt" səfərdə "Qarabağ"ı məğlub etdi VİDEO
-
21:52
İliç: "Çempion olmaq istəyərdim"
-
21:26
"Sumqayıt" “Qarabağ”a qalib gəldi
-
20:08
"Neftçi" səfərdə xal itirdi VİDEO
-
19:41
Samir Abasov: “Bu gün iki xal itirdik”
-
18:13
Azərbaycan millisinin Ukrayna ilə səfər oyunun yeri dəyişdirilib
-
17:36
U-17 millimizin oyunlarının vaxtı açıqlandı
-
17:04
"Neftçi"də yeni müqavilə
-
16:47
"Vest Hem"in futbolçusu "Fənərbaxça"da
-
16:29
Veşoviçin yeni klubu müəyyənləşdi
-
16:15
“Neftçi” “İmişli” önünə bu heyətlə çıxır
-
15:58
Azərbaycanlı mütəxəssis Beynəlxalq Məşqçilik Kursuna qəbul olunub
-
15:31
"Bavariya"nı PSV-yə dəyişdi
-
15:00
“Səbail” “Araz-Naxçıvan”ın futbolçusu ilə gücləndi
-
14:28
Qadın futbolunda yeni rekord
-
14:14
“Qurtuluş” FK 3 yaşında!
-
13:37
Sabiq “Səbail”li Rumıniya klubunda
-
13:09
Məsiyev Riera və 7 futbolçuya sarı vərəqə göstərdi
-
12:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:23
"Beşiktaş" İsveçrədən heç-heçə ilə qayıtdı VİDEO
-
11:56
“Qalatasaray”ın sabiq üzvü Azərbaycan klubunda
-
11:12
Azərbaycanlı FIFA referisi Çempionlar Liqasının oyunlarına təyinat alıb
-
10:31
Əliyar Ağayev Moyze Kini meydandan qovdu VİDEO
-
10:08
Cəlal Hüseynov Polşadan məyus qayıtdı
-
09:44
U-17 millimiz Monteneqroya uduzub
-
09:27
"Qarabağ" - “Ferensvaroş” oyununun biletləri satışa çıxır
-
21:39
“Neftçi” “İmişli” ilə oyuna hazırdır FOTOLENT
-
18:00
"Zirə"nin futbolçusu 4 oyunluq cəzalandırıldı
-
17:24
"Neftçi" kapitanı ilə müqaviləni uzatdı, 3 transfer reallaşdırdı
-
16:46
Okaforun “Lids”ə keçidi rəsmiləşdi
-
16:02
Azərbaycanın millisi III MDB Oyunlarına Türkiyədə hazırlaşacaq
-
15:31
Samir Abasov iki futbolçunu əsas komandadan kənarlaşdırdı
-
15:17
“Qarabağ”ın oyununun biletləri satışa çıxdı
-
14:58
Kristian Avram: “Bu cür vəziyyətlərdə bir-birimizə dəstək olmalıyıq”
-
14:43
AFFA "Qəbələ"ni cərimələdi
-
13:29
Adil Şükürov: "Kəpəz"in daha yaxşı olması üçün bütün gücümlə çalışacağam"
-
13:00
II turun hakim təyinatları açıqlandı
-
12:14
Azərbaycanın cüdo millisi İspaniyada təlim-məşq toplanışına qatılıb
-
11:36
"Qəbələ" bu gün yoxlama oyunu keçirəcək
-
10:52
Azərbaycanın 4 klubunda oynamış futbolçu Omana getdi
-
10:21
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:07
"Abşeron Lions"da yeni müqavilə
-
09:45
Çempionlar Liqası: "Araz-Naxçıvan" iştirak ərizəsini UEFA-ya göndərdi
-
18:13
AFFA rəsmisi Çempionlar Liqasına təyinat alıb
-
17:59
Yeniyetmə voleybolçular arasında Azərbaycan birinciliyi keçiriləcək
-
17:22
Prezident və birinci xanım Gəncə stadionunda - YENİLƏNİB
-
17:05
“Zirə” Utziqin gedişindən nə qədər qazanacaq?
-
16:47
Millimiz Avropa çempionatıan məğlubiyyətlə başladı
-
16:31
"Zirə" hücumçusunu Vyetnam klubuna icarəyə verdi
-
16:16
II Liqada da yeni mövsümün püşkü atılıb
22.08.2025
21.08.2025
20.08.2025













