23 Avqust 2025, Şənbə
İliç: "Çempion olmaq istəyərdim"
"Sumqayıt" “Qarabağ”a qalib gəldi
Samir Abasov: “Bu gün iki xal itirdik”
II turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

“Qarabağ”ın oyununun biletləri satışa çıxdı

Azərbaycan Premyer Liqasının ikinci turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Sumqayıt” oyununun biletləri satışa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, azarkeşlər bu gün saat 14:00-dan etibarən biletləri əldə edə bilirlər.

Hazırda biletləri iTicket.az-da onlayn almaq mümkündür. Oyun günü isə biletləri iTicket.az-da onlayn, eləcə də “Azersun Arena”nın kassalarından əldə etmək mümkün olacaq.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” - “Sumqayıt” matçı 19:30-da start götürəcək. Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31