18 Mart 2026, Çərşənbə
"Neftçi" 89 yaşında!
Ayın qolunun müəllifi mükafatlandırıldı
Yuri Vernidubdan qələbə şərhi
Emreli 8 ay sonra qol vurdu

Xarici futbol

"Ferensvaroş"un hücumçusu: “İki top fərqi dünyanın sonu deyil”

"Deməyə çox söz yoxdur. Təbii ki, iki top fərqi ilə məğlub olmaq bizi məyus etdi, amma qarşıda hələ bir oyun var. Düşünürəm ki, ikinci oyunda daha yaxşı oynamalıyıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri UEFA Çempionlar Liqasının pley-off mərhələsində ötən gecə "Qarabağ"a Budapeştdə uduzan "Ferensvaroş"un hücumçusu Barnabas Varqa deyib.

1:3 hesablı məğlubiyyətdən sonra yerli RTL nəşrinə açıqlama verən Macarıstan klubunun yeganə qolunun müəllifi etiraf edib ki, hesabda üstün olduqları ilk hissədə də "Qarabağ"dan yaxşı oynamayıblar: "İlk hissədə də rəqibdən üstün deyildik. Onlar daha yaxşı oyun göstərdilər. Buna görə dəyişiklik etməliyik və ikinci oyunda göstərməliyik ki, Çempionlar Liqasında yerimiz var. Elə düşünmürəm ki, "Qarabağ" bizi təəccübləndirdi. Bəlkə də, orta sahədə bir az topa çox nəzarət edirdilər".

Macarıstan millisinin üzvü 1:3 hesablı məğlubiyyətin dünyanın sonu olmadığını da əlavə edib: "Rəqibi daha yaxşı analiz etməliyik. Görək necə olacaq. Hələ qarşıda bir oyun var. Hər şey ola bilər. Bütün gücümüzü ortaya qoyacağıq. İki top fərqi dünyanın sonu deyil".

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Bakıda olacaq.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31