16 Mart 2026, Bazar ertəsi
Ayın qolunun müəllifi mükafatlandırıldı
Yuri Vernidubdan qələbə şərhi
Emreli 8 ay sonra qol vurdu
Berdiyev: “Vacib iki xal itirdik”

Ölkə futbolu

Kenan Piriç: “Bundan sonra “Neftçi” üçün hər matç finala bərabərdir”

"Neftçi”nin qapıçısı Kenan Piriçin Futbolxeber.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının 24-cü turunda səfərdə “Qəbələ”ni məğlub etdiniz. 3:1 hesablı qələbəni necə şərh edərdiniz?

- “Qəbələ” çətin rəqibdir. Çətin oyun alındı. 5 müdafiəçi ilə oynayırdılar. Əks-hücumda qapımız qarşısında təhlükəli idilər. Bunun da nəticəsində penaltidən qapımızda qol gördük. Yaxşı ki, tez özümüzə gəldik. Hesabı bərabərləşdirdik, ardınca digər qollar gəldi. Vacib qələbə qazandıq.

- “Neftçi” çoxlu qol epizodunu boşa verdi. Bu, nədən irəli gəlirdi?

- Düzdür, şansların bəzilərini qaçırdıq. Amma 3 qol da pis göstərici deyil. Ötən matçda uduzmuşduq. Amma bu dəfə öz oyunumuzu göstərə bildik və istədiyimiz 3 xalı əldə etdik.

- Bu qələbə ilə “Neftçi” avrokuboklar uğrunda mübarizədə olduğunu göstərdi. Şansları necə dəyərləndirirsiniz?

- Bəli, biz avrokuboklar uğrunda mübarizə aparırıq. Sona kimi də mübarizəmizi davam etdirəcəyik. “Qəbələ” üzərində qələbə bizim üçün vacib idi. Növbəti turda da “İmişli” ilə üz-üzə gələcəyik. İddiamızı davam etdirmək üçün həmin matçda da mütləq qalib gəlməliyik. “Neftçi” adının ağırlığını ortaya qoymalıyıq.

- Lakin ilk iki dövrədə “İmişli”dən cəmi 1 xal almısınız...

- Elədir. Onlar da təhlükəli komandadırlar. Hətta deyərdim ki, bir qədər “Qəbələ”dən də yaxşıdırlar. Biz qarşıdakı matça final kimi yanaşmalıyıq. Bundan sonra hər matç bizim üçün finala bərabərdir.  

- Bu günlərdə təxirə salınmış oyunun vaxtı açıqlandı və məlum oldu ki, “Neftçi” altı gün ərzində “Qarabağ”la ardıcıl iki görüş keçirəcək. Bu gərginliyə hazırsınız?

- Turdan tura potensialımızı artırırıq, daha da yaxşı formaya düşməyə çalışırıq. Təbii ki, “Qarabağ”la oyunlar asan keçməyəcək. Lakin bizim məqsədimiz bəllidir. Hər iki matçda qalib gəlmək istəyirik.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31