15 Mart 2026, Bazar günü
"Qarabağ" "Zirə"yə qalib gəldi
Andrey Demçenkodan qələbə şərhi
“Sumqayıt”dan azarkeşlərə jest
“Səbail” “Mingəçevir”ə qalib gəldi

Ölkə futbolu

Kamilo Duran: “Yaxşı hazırlaşmalıyıq ki, 3 oyunda “Sabah”a qalib gələk”

“Qarabağ”ın hücumçusu Kamilo Duranın Futbolxeber.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının 24-cü turunda səfərdə “Zirə”ni 3:1 hesabı ilə məğlub etdiniz. Qarşılaşma barədə nə deyə bilərsiniz?

- Çətin oyun olacağını gözləyirdik. Ümumiyyətlə, “Zirə” ilə görüşlər hər zaman ağır keçir. Onlar həmişə işimizik çətinləşdirirlər. Bununla belə, komanda şəklində meydanda yaxşı iş gördük və 3 xalımızı qazandıq. İndi artıq qarşıdakı matçlara köklənməliyik.

- Meydana çıxarkən artıq əsas rəqibiniz “Sabah”ın qələbə qazandığını bilirdiniz. Bu məqam üzərinizdə əlavə təzyiq yaratmırdı?

- Yox, biz hər oyuna 3 xal qazanmaq məqsədi ilə çıxırıq. Bu matç da istisna təşkil etmədi. Ümumi vəziyyətdən asılı olmayaraq hədəf qalib gəlmək idi. Buna da nail olduq.

- Növbəti turda ikinci dövrədə məğlub olduğunuz “Kəpəz”lə qarşılaşacaqsınız...

- Bəli, əvvəlki dövrədə onlara uduzmuşduq. Bu dəfə eyni səhvləri təkrarlaya bilmərik. Səfərə mütləq 3 xal üçün yollanacağıq. Fasilə öncəsi mütləq qalib gəlməliyik.

- Gələn ay “Sabah”la 3 oyun keçirəcəksiniz. Bu mənada apreldəki qarşılaşmaları həm çempionluq, həm də kubok baxımından “Qarabağ” üçün həlledici saymaq mümkündür?

- Məncə, hə, hardasa belə demək olar. Qarşıdakı matçlara yaxşı hazırlaşmalıyıq ki, həmin 3 oyunda “Sabah” üzərində qələbə qazanaq. Ümid edirəm ki, Allahın köməkliyi ilə elə də olacaq.

- Bu günlərdə Kolumbiya millisindən dəvət aldınız. Bu təklifi gözləyirdinizmi?

- Düzdür, belə söhbət var. Lakin hələlik mənə Kolumbiyadan zəng gəlməyib. Ona görə də bir qədər gözləmək lazımdır. Millinin heyəti tam rəsmən açıqlanandan sonra bu barədə danışmaq olar.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31