15 Mart 2026, Bazar günü
"Qarabağ" "Zirə"yə qalib gəldi
Andrey Demçenkodan qələbə şərhi
“Sumqayıt”dan azarkeşlərə jest
“Səbail” “Mingəçevir”ə qalib gəldi

Ölkə futbolu

Füzuli Məmmədov: "Araz-Naxçıvan" kimi komandaya 2-3 qol vurmaq çətindir"

"Karvan-Yevlax" Azərbaycan Premyer Liqasının 24-cü turunda səfərdə "Araz-Naxçıvan"a 1:2 hesabı ilə uduzub.

Futbolxeber.az saytının məlumatına görə, qonaqların baş məşqçisi Füzuli Məmmədov oyundan sonra keçirilən mətbuat konfransında əvvəlcə oyun haqda fikirlərini bölüşüb:

- Düşünürdük ki, ən azından məğlub olmarıq. Qələbə qazanmaq istəyirdik. Oyuna çox ciddi hazırlaşmışdıq. Birinci hissədə iki səhv etdik. Bundan sonra geridönüş etmək çətin oldu. İkinci yarıda daha aqressiv oynadıq. Bir qol vurduq. İkinci qolu vurmaq üçün epizodlarımız olsa da, dəyərləndirə bilmədik. Qarşıdakı oyunlara hazırlaşacağıq.

- İkinci qolu vurmaq üçün nə çatmadı?

- "Araz-Naxçıvan" kimi komandaya 2-3 qol vurmaq çətindir. İkinci hissədə irəlidə oynadıq. Bir qol vurduq. Bundan başqa da epizodlarımız oldu. Bəzi epizodlarda səhv qərarlar ikinci qolu vurmağa mane oldu.

- Kayl Spensin əvəzlənməsinin səbəbi nədir?

- Onda bir az yorğunluq hiss elədim.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31