14 Mart 2026, Şənbə
Andrey Demçenkodan qələbə şərhi
“Sumqayıt”dan azarkeşlərə jest
“Səbail” “Mingəçevir”ə qalib gəldi
Millimizdən biabırçı məğlubiyyət

Xarici futbol

Sabiq “Qarabağ”lı: “Sarpsborg 08”in futbolçusu olduğum üçün çox qürurluyam”

“Qarabağ”dan ayrılan Kris Kuaku  Norveçin “Sarpsborg 08” klubuna keçidi ilə bağlı fikirlərini bölüşüb.

Futbolxeber.az-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi klubun saytına açıqlamasında bildirib:

“Sarpsborg 08”in futbolçusu olduğum üçün çox qürurluyam. Komandanın uğuru üçün əlimdən gələni edəcəyəm. Mərkəz yarımmüdafiəçisiyəm və topu müdafiədən hücuma daşımağı xoşlayıram. “Səkkiz” və ya “altı” nömrə mövqeyində oynaya bilirəm. Müdafiəyə kömək etməyi və eyni zamanda hücumlara qoşulmağı sevirəm”.

O qeyd edib ki, kluba keçidindən əvvəl sabiq komanda yoldaşı Andreas Nibe ilə danışıb. Onlar daha əvvəl Portuqaliyanın “CD Mafra” klubunda birlikdə çıxış ediblər: “Onunla danışanda ilk dediyi söz bu oldu ki, burada hamı sənin daha yaxşı futbolçu olmağın üçün kömək edəcək. Komanda da ambisiyalıdır. “Sarpsborq” inkişaf etmək və irəli getmək istəyən klubdur”.

Kuaku keçidə görə çox xoşbəxt və qürurlu olduğunu vurğulayıb: “Özümü göstərmək üçün səbirsizlənirəm. Meydanda çox enerji verəcəyəm. Özüm haqqında çox danışmağı xoşlamıram. Qoy insanlar gəlib məni meydanda görsünlər”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31