14 Mart 2026, Şənbə
Andrey Demçenkodan qələbə şərhi
“Sumqayıt”dan azarkeşlərə jest
“Səbail” “Mingəçevir”ə qalib gəldi
Millimizdən biabırçı məğlubiyyət

Ölkə futbolu

“Araz-Naxçıvan” sona qədər avrokuboklar uğrunda mübarizə aparacaq”

“Araz-Naxçıvan”ın müdafiəçisi Bəxtiyar Həsənalızadənin Futbolxeber.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının 24-cü turunda “Karvan-Yevlax”ı 2:1 hesabı ilə məğlub etdiniz. Qələbəni necə şərh edərdiniz?

- Keçən oyunda ağır məğlubiyyətlə üzləşmişdik. Bu səbəbdən də “Karvan-Yevlax”la matça ciddi hazırlaşırdıq. Bizə mütləq qələbə lazım idi. Oyunun gedişatından asılı olmayaraq qələbə qazanmalı idik. Şükürlər olsun ki, istəyimizə çatdıq.

- Fasiləyə hesabda öndə yollansanız da, rəqib ikinci hissədə üstün görünürdü. Bu, hesabı qorumaq istəyinizdən irəli gəlirdi?

- Açığı, heç oyuna da yaxşı başlamadıq. İlk dəqiqələrdə istədiyimiz kimi deyildik. Sonradan özümüzə gəldik. Hissənin sonuna yaxın iki ardıcıl qol vurduq. Fasilədən sonra rəqib fəal olsa da, oyuna nəzarət edə bilirdik. Üçüncü qolu vursaydıq, matçın sonları gərgin alınmazdı.

- “Qarabağ”a ağır məğlubiyyətdən sonra bu matça hazırlaşmaq psixoloji cəhətdən nə dərəcə çətin idi?

- Əlbəttə, 0:6 hesabı ilə uduzmusansa, bu, komandaya təsir edəcək. Heç birimiz istəməzdik o cür hesab qeydə alınsın. Psixoloji baxımdan problem yaşayırdıq. Lakin toparlana bildik və “Karvan-Yevlax” üzərində vacib qələbə qazandıq.  

- Bu qələbədən sonra avrokuboklar şanslarınızı necə dəyərləndirirsiniz?

- Hazırda 5-ci pillədəyik. “Zirə” ilə xal fərqimiz 3-ə endi. Lakin qarşıda hələ 9 tur var. Çox şey dəyişə bilər. Üstəlik, dördüncü yer uğrunda təkcə “Araz-Naxçıvan”la “Zirə” deyil, eləcə də “Sumqayıt” və “Neftçi” də mübarizə aparır. Son tura qədər gərgin mübarizə gedəcəyini düşünürəm. Biz də sona qədər avrokuboklar uğrunda mübarizə aparacağıq.

- Növbəti turda “Şamaxı”nın qonağı olacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?

- Çətin oyun olacaq. “Şamaxı” evdə istənilən komandaya qarşı çətinlik yaradır. Lakin məqsədimiz qələbə qazanmaqdır. Çempionatda yaranacaq fasiləyə yüksək əhval-ruhiyyədə yollanmaq üçün səfərdən 3 xalla qayıtmağa çalışacağıq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31