Ölkə futbolu
AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”

“Sabah”ın prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü, Klublar Komitəsinin sədri Maqsud Adıgözəlovun Futbolxeber.az saytına müsahibəsi
- Son turda “Sabah” “Araz-Naxçıvan”ı məğlub etməklə Azərbaycan Premyer Liqasında ardıcıl dördüncü qələbəsini qazandı. Demək olar ki, komandanız artıq böhrandan çıxıb?
- Hələ nəsə demək çətindir. Çempionatda vəziyyət elədir ki, iddiasının qalıb-qalmamasından asılı olmayaraq bütün klublar motivasiya ilə oynayırlar. Hər bir komanda meydana çıxıb vuruşur. Qarşıda 3 ağır oyunumuz var.
- Sona 3 tur qalmış “Sabah” üçüncü pillədə qərarlaşıb. Avrokuboklara yollanmaq şansını necə dəyərləndirirsiniz?
- Təbii ki, məqsəd avrokuboklara yollanmaqdır. Çox istəyirik ki, hədəfə çataq. Bunun üçün son 3 turda komanda əlindən gələni edəcək.
- Bu yaxınlarda rəhbəri olduğunuz Klublar Komitəsinin növbəti iclası oldu. Orada müzakirə olunan məsələlərdən biri də Premyer Liqada komanda sayınının artırılmasıdır. Növbəti mövsüm üçün say artımı nə dərəcədə realdır?
- İlk növbədə onu deyə bilərəm ki, özünüz də bilirsiniz, biz yalnız məsləhət verə bilərik. Klublar Komitəsi qanunverici orqan deyil. Son iclasda bir çox məsələlər müzakirə olundu. Bəli, onlardan biri də Premyer Liqada klub sayınının artırılmasıdır. Hər kəs istəyər ki, çempionatda klub sayı artırılsın. Amma buna nə qədər hazırıq? Premyer Liqaya gələcək klubların infrastrukturu varmı? Bu suallar üzərində düşünmək lazımdır. Ümumilikdə təkliflər paketi hazırlamışıq və İcraiyyə Komitəsinə təqdim olunacaq.
- Siz həm də AFFA İcraiyyə Komitəsinin üzvüsünüz. Ona görə də say artımı ilə bağlı şəxsi fikriniz maraqlıdır... Məsələn, bu yaxınlarda Qurban Qurbanov bildirmişdi ki, eyni rəqiblə mövsüm ərzində 4 dəfə qarşılaşmaq yorucudur. Razılaşırsız?
- Əlbəttə, heç kim istəməz ki, eyni rəqiblə mövsüm ərzində çempionatda 4 dəfə qarşılaşsın. İlk növbədə reqlament məsələsini fikirləşmək lazımdır. Say artımı olsa, 3 dövrəli sistem olacaq, ya yox. Bu, çətin sualdır. Mən hesab edirəm ki, Premyer Liqaya I Liqa klublarının gəlişi sırf say artırmaq üçün olmamalıdır. Elə etmək lazımdır ki, çempionatın səviyyəsi aşağı düşməsin. Ona görə də indidən say artımının fayda verib-verməyəcəyini söyləmək çətindir. Bu barədə mütləq ciddi şəkildə düşünmək lazımdır. Mənim şəxsi fikrim odur ki, hələlik çempionatda 10 komanda qalmalıdır.
- Bəs legioner limiti ilə bağlı nə düşünürsünüz? Belə fikirlər səslənir ki, avrokuboklarda daha yaxşı çıxış etmək üçün “Qarabağ”, “Neftçi”, “Sabah” kimi iddialı kollektivlər limitin artırılmasının tərəfdarıdır...
- Əgər biz sırf “Sabah”dan danışırıqsa, onu deyə bilərəm ki, yaxşı akademiyamız var. Gözləyirik ki, yaxın gələcəkdə öz akademiyamızın uşaqları əsas komandaya cəlb olunsun. “Sabah”ın prezidenti kimi 7+4 limitini normal hesab edirəm. Bu məsələdə də şərtləri müzakirə etmək lazımdır. Əgər Premyer Liqada komanda sayı artsa, o zaman limit dəyişsə, daha yaxşı olar. Lakin indiki məqamda “7+4” “8+3”ə qəfildən çevrilməməlidir. Klublar Komitəsinin iclasında limitlə bağlı geniş müzakirə oldu. Bu məsələ ilə bağlı fikir ayrılığı var. Yadımdadır ki, 3 klub limitin artırılmasının lehinə, 3 klub əleyhinə idi. Qalan 4-ü isə bu məsələdə neytral mövqe tutdu.
- İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı bilinir?
- Dəqiq vaxt bilinmir. Lakin iclasın mayın ikinci həftəsində keçirilməsi nəzərdə tutulub.
- Ad açıqlanmasa da, millinin yeni baş məşqçisinin artıq müəyyənləşdiyi deyilir...
- Hələlik bizə konkret siyahı təqdim olunmayıb.
Fərəc ASLANOV

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ayxan Abbasov ilin sonuna kimi millidə qalır, sonra isə...
- “Sabah”dan növbəti biabırçılıq: Komanda hava limanından geri qaytarıldı
- "Qarabağ" azarkeşlərinə Portuqaliyadakı oyun üçün nə qədər yer ayrılıb?
- “Neftçi”nin legioneri: “Bu, penaltidirsə, mən futbolla vidalaşaram”
- VI turun hakim təyinatları açıqlandı
- Yenə “Sabah”, yenə hakim biabırçılığı...
- Ozobiç: “Onların yaxşı komanda olması heç nəyi dəyişmir, səfərə 3 xal üçün gedəcəyik”
- “Sabah”ın qolunu alqışlayan AFFA-nın vitse-prezidenti... - TƏƏSSÜRAT
- "Qarabağ" "Zirə" ilə heç-heçə etdi, "Araz-Naxçıvan" vahid lider oldu
- Elvin Məmmədov: “Bu dəqiqə o riski edə bilmərik”
- Prezident “Qarabağ”ı təbrik etdi
- "Benfika" - "Qarabağ" oyununun hakimləri açıqlandı
- Elvin Məmmədov: “Səhvlər olacaq, lakin getdiyimiz yoldan dönmək istəmirik”
- Murad Xaçayev: “Bu nədirsə, futbolla bağlı deyil...”
- Azərbaycan klubu ilə müqavilə imzalamağa gələn qapıçı sərhəddə saxlanıldı
-
12:28
“Neftçi” üçün seminar
-
12:14
AFFA Santuşa təzminat ödəyib
-
11:47
Rebrov: “Azərbaycana qalib gəlməsək, bu qələbənin də dəyəri olmayacaq”
-
11:00
Rabyo: “Azərbaycan millisini qaçmağa məcbur etdik”
-
10:39
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:53
Rəşad Eyyubov biabırçı məğlubiyyəti şərh etdi
-
09:25
Ayxan Abbasov: “Futbolçularıma əzmkarlığa görə təşəkkür edirəm”
-
09:12
Didye Deşam: “7 qol imkanımız var idi, 3-nü vurduq”
-
00:41
Millimiz Fransaya uduzdu
-
21:56
U-21-dən biabırçı məğlubiyyət
-
21:19
Şahmatçılarımız Ermənistana qalib gəldi
-
19:26
Bakı Olimpiya Stadionunun son durumu - “Qarabağ” burada necə oynasın?
-
19:01
“Barselona”nın futbolçusunun əvəzinə “Sumqayıt”ın Ronaldosu
-
18:17
“Araz-Naxçıvan” I Liqa klubu ilə heç-heçə etdi
-
17:58
“Ordu” “Quba”nı məğlub etdi
-
17:34
Voleybol üzrə Yüksək Liqaların start tarixi dəqiqləşib
-
16:45
Millimizin üzvü dünya çempionatında bürünc medal qazanıb
-
16:29
Bilalhəbaşi Nəzərov Azərbaycanın boks tarixinə düşüb
-
16:13
Azərbaycan Kuboku: II təsnifat mərhələsinin bütün cütləri müəyyənləşdi
-
16:00
"Göygöl" və "Xankəndi" II mərhələdə
-
15:52
“1 saat sonra agentim yığdı, dedi ki, “Qarabağ”dan zəng vurublar”
-
15:36
“Atletik” - “Qarabağ” oyunu 110 manata...
-
15:13
Arnautoviç Avstriya millisinin rekordçusu oldu
-
14:48
"Neftçi" İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verəcək?
-
14:27
Ulduz futbolçunun evində yanğın olub
-
14:09
"Bakı" hər iki oyununu səfərdə keçirəcək
-
13:31
Azərbaycanın 6 parapauerliftinqçisi dünya çempionatında çıxış edəcək
-
13:14
Əlcəzair millisi DÇ-2026-nın 20-ci iştirakçısı oldu
-
12:55
Azərbaycan millisinin qrupunda 12:0 hesabı
-
12:42
“Araz-Naxçıvan”ın qapıçısı Rumıniyaya qarşı oynadı
-
12:23
“Neftçi”nin yarımmüdafiəçisi darmadağını kənardan izlədi
-
12:00
“Komanda ən yaxşı formasından uzaq olsa da, nəticələrdən razıyıq”
-
11:39
Şahmat yığmalarımız Yunanıstanla heç-heçə edib
-
11:17
Meksikada Qran-pri turnirində iştirak edəcək Azərbaycan cüdoçuları müəyyənləşib
-
10:58
Çexiya - Xorvatiya matçında qalib aşkarlanmadı VİDEO
-
10:46
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:24
“Qaradağ Lökbatan” darmadağınla mərhələ adladı VİDEO
-
09:32
Futzal üzrə Yüksək Liqada IV turun oyunları keçirilib
-
19:53
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
18:35
Azərbaycan boksçuları Avropa çempionatını 5 medalla başa vurublar
-
18:00
Rövşən Nəcəf FİFA Komitəsinə üzv seçildi
-
17:26
U-19 millimiz Özbəkistanla heç-heçə etdi
-
16:49
“Everton”un futbolçusu: “Azərbaycanı mütləq udmalıyıq”
-
16:18
Azərbaycan kubokunda 2025/26 mövsümü start götürdü: 4 komanda mərhələ adladı
-
15:34
“Zirə”nin futbolçusuna 1 oyunluq cəza
-
15:21
AFFA “Neftçi”ni böyük məbləğdə cərimələdi
-
15:07
Deşam: “Azərbaycan millisinin heyətində “Qarabağ”ın 7 futbolçusu var”
-
14:52
Mbappe: “Azərbaycan millisi ilə oyuna ciddi yanaşmalıyıq”
-
14:15
De Yonq “Barselona” ilə müqaviləsini yeniləyəcək
-
13:43
La Liqa klubunda baş məşqçi istefası
11.10.2025
10.10.2025
09.10.2025













