15 May 2024, Çərşənbə
Sxadadze Gürcüstana yollanıb
XXXVI turun oyun cədvəli açıqlandı
Bir fotonun qorxusu... - QEYD
"Bizə heç kim nəsə dəyə bilməz"

Ölkə futbolu

Sxadadze: "Azarkeşlərdən üzr istəyirəm"

“Danışmaq çox çətindir. Qol imkanlarımızı dəyərləndirə bilmədik. Kobud səhvdən qol buraxdıq. Bu, tək bugünkü oyuna aid deyil. Mövsüm ərzində bir çox matçlarda belə olub. Fakt isə faktlığında qalır. Təəssüf ki, sonuncu yerdəyik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 32-ci turunda “Kəpəz”ə 0:1 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

O, gələcəklə bağlı planları barədə bunları söyləyib: “Bu gün üçün bir şey deyə bilmərəm. Klub rəhbərliyi ilə yaxşı münasibətimiz var. Gələcəklə bağlı müzakirələr olacaq. 15 il baş məşqçi işləmişəm. Karyeram ərzində 55-60 faiz qələbə göstəricisi var. Amma belə nəticələrlə öz imicimizi aşağı salmış olduq. Qapı xəttindən futbolçu qol vura bilmirsə... İstərdim ki, məsuliyyəti öz üzərimə götürüm. Amma belə vəziyyətdə götürə də bilmirəm. Bura kömək etmək üçün gəlmişdik. Amma nəticə olaraq özümüzü "öldürmüş" olduq”.

“Sizcə, AFFA "Qəbələ"nin Premyer Liqada qalması üçün idman prinsiplərini pozmalıdır?” sualını Sxadadze belə cavablandırıb: “Federasiyadan gözləntim, istəyim yoxdur. Mən kiməm ki? Baş məşqçiyəm. Qalıb-qalmayacağımla bağlı sual bu gün bilinmir. "Qəbələ"nin növbəti mövsüm harada oynayacağından, şərtlərindən, şəraitindən, klubun ambissiyalarından asılı olan məsələdir. Azarkeşlərdən üzr istəyirəm. Bura çox böyük ümidlə gəlmişdik. Amma bu, baş vermədi. Avropa Liqasının qrupunda oynamış komanda üçün bu durum faciədir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31