9 Avqust 2025, Şənbə
Ribeyro rəsmən “Neftçi”də
“Bunu qəbul etmək lazımdır”
"Araz-Naxçıvan"dan ağır yenilgi
"Sumqayıt" "Qəbələ" ilə heç-heçə etdi

Digər idman növləri

Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar

Serbiyanın Novi Sad şəhərində keçirilən gənclər və yeniyetmələr arasında Avropa çempionatında Azərbaycan samboçuları 7 medal qazanıblar.
 
Futbolxeber.az saytına Azərbaycan Sambo Federasiyasından verilən məlumata görə, gənclər 3 (2 gümüş və 1 bürünc), yeniyetmələr isə 4 mükafat (4 bürünc) əldə ediblər.
 
Gənclərdə Nicat Rəhimov (64 kq) və Xudabaxış Əliyev (71 kq) gümüş, Pünhan Göyüşov (79 kq), yeniyetmələrdə İsmayıl Əlipənahov (53 kq), Nicat Süleymanlı (64 kq), Roman Qarayev (79 kq) və Hacbaba İmaməliyev (+98 kq) bürünc medal qazanıb.
 
Beləliklə, Azərbaycanın sambo milliləri Avropa çempionatında 10 medal (1 qızıl, 2 gümüş, 7 bürünc) qazanıb. Xatırladaq ki, daha əvvəl böyüklərdən Elvin Bağırov (64 kq) qızıl, Nicat Məmmədli (58 kq) və Rəsul Aydəmirov (98 kq) bürünc medala yiyələniblər
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31