29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

“Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL

“Sabah” klubunda tezliklə prezident dəyişikliyi olacaq.

Futbolxeber.az saytının əldə etdiyi məlumata görə, klubun hazırkı prezidenti Maqsud Adıgözəlov vəzifəsindən ayrılmaq üzrədir.

Belə ki, aprelin 2-də AFFA-nın Hesabat-Seçki Konfransında İcraiyyə Komitəsinə üzv seçiləcək M.Adıgözəlov həm də icraçı vitse-prezident postuna təyin olunacaq. Məhz bu səbəbdən də o, AFFA-dakı işinə daha çox diqqət ayırmaq üçün “Sabah”dan gedəcək.

Artıq Maqsud Adıgözəlovun xələfinin də adı məlumdur. Belə ki, əldə etdiyimiz digər məlumata görə, “Sabah”ın yeni prezidenti Sərxan Hacıyev olacaq.

Hazırda AFFA-nın baş katibi postunu tutan S.Hacıyev tezliklə klubda fəaliyyətə başlayacaq. Aprelin 2-də baş katib vəzifəsi ilə vidalaşacaq S.Hacıyev də AFFA-nın Hesabat-Seçki Konfransında İcraiyyə Komitəsinə üzv seçiləcək.  

Futbolxeber.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30