15 May 2024, Çərşənbə
Sxadadze Gürcüstana yollanıb
XXXVI turun oyun cədvəli açıqlandı
Bir fotonun qorxusu... - QEYD
"Bizə heç kim nəsə dəyə bilməz"

Digər idman növləri

Dünya Olimpiya Təsnifat Turnirində iştirak edəcək Azərbaycan güləşçiləri müəyyənləşib

Türkiyənin İstanbul şəhərində keçiriləcək Dünya Olimpiya Təsnifat Turnirində iştirak edəcək Azərbaycan güləşçiləri müəyyənləşib.
 
Futbolxeber.az-ln Dünya Güləş Birliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ölkəmiz mayın 9-13-də təşkil olunacaq yarışda ümumilikdə 9 idmançı ilə təmsil olunacaq.
 
Yunan-Roma güləşi üzrə yığmada Murad Məmmədov (60 kiloqram), Rafiq Hüseynov (87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram) və Beka Kandelaki (130 kiloqram) yer alacaqlar.
 
Qadınların mübarizəsində isə Maria Stadnik (50 kiloqram), Gültəkin Şirinova (53 kiloqram), Alyona Kolesnik (57 kiloqram), Ruzanna Məmmədova (62 kiloqram) və Elis Manolova (68 kiloqram) qüvvəsini sınayacaq.
 
Yarışda ümumilikdə 54 lisenziya öz sahibini tapacaq. Reqlamentə əsasən, hər çəkidə finala çıxanlar və bürünc medalçılar arasında pley-off görüşünün qalibi “Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanacaq.
 
Qeyd edək ki, Azərbaycanın sərbəst güləşçiləri Olimpiya çəki dərəcələrinin hər birində lisenziya əldə etdikləri üçün İstanbuldakı turnirə qatılmayacaqlar.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31