Ölkə futbolu
“Səbail”in müdafiəçisi: “Son 4 tur bizim üçün finala bərabərdir”
“Oyun yaxşı hazırlaşmışdıq. Məqsədimiz 3 xal qazanmaq idi. “Sabah” hər nə qədər güclü olsa da, rəqibdən qorxmurduq”.
Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Səbail”in müdafiəçisi Adil Nağıyev Azərbaycan Premyer Liqasının 32-ci turunda “Sabah”a 0:2 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.
O, ikinci hissədə rəqibdən üstün olduqlarını vurğulayıb: “Matça yaxşı başladıq. Təəssüf ki, yaxaladığımız qol epizodlarını dəyərləndirə bilmədik. Əvəzində isə ani diqqətsizlikdən qapımızda 2 qol gördük. İkinci hissədə isə rəqibdən tam üstün idik. “Sabah”ı qapısına doğru sıxışdırmışdıq. Lakin yenə də qol epizodlarını boşa verdik”.
29 yaşlı mərkəz müdafiəçi avrokuboklar uğrunda sona qədər mübarizə aparacaqlarını söyləyib: “Artıq bu oyunu unutmalı, qarşıdakı matçlara köklənməliyik. Son 4 tur bizim üçün finala bərabərdir. Həmin görüşlərdə maksimum xal qazanmağa çalışacağıq. Daha yuxarı pillələrdə olmaq istəyirik. Bunun üçün gücümüz var”.
Adil Nağıyev növbəti turda “Qəbələ”yə qarşı keçirəcəkləri matçdan da söz açıb: “Hazırda komandamız yaxşı formadadır. Düzdür, ola bilər nəticə baxımından bunu göstərə bilmirik. Lakin oyun planında komandamız heç də zəif deyil. “Qəbələ” ilə matça tam ciddi hazırlaşacağıq. Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.
“Səbail”in üzvü bildirib ki, komanda olaraq qarşılarına avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyulmayıb: “Avrokuboklarda oynamağı hər bir komanda istəyər. O cümlədən də biz. Odur ki, mövsümün sonunda qitə kuboklarına vəsiqə qazansaq, yaxşı olar. Alınmasa da, bunu faciəyə çevirməməliyik. Onsuz da rəhbərlik qarşımıza avrokuboklara vəsiqə qazanmaq məqsədi qoymayıb. Lakin komandamız heç də zəif deyil, gücümüz bəllidir. Ona görə də sona kimi mübarizə aparacağıq ki, üst pillələrdə qərarlaşaq”.
A.Nağıyev son zamanlar Premyer Liqada klub sayının artırılacağı barədə yayılan xəbərlərə də münasibət bildirib: “Mövsüm ərzində eyni rəqiblə 4 dəfə oynamaq yorucudur. Digər tərəfdən də rəqiblər artıq bir-birilərini çox yaxşı tanıyırlar, zəif və üstün cəhətlərini bilirlər. Ona görə hesab edirəm ki, futbolumuzun xeyrinə olacaqsa, mən də istərəm ki, komanda sayı artsın. Xüsusən də regionlarda. Çünki bölgələrdəki stadionlarda atmosfer bir başqa olur”.
Fərəc ASLANOV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
-
20:13
Qurban Qurbanov: “Birdən-birə düşünülən fikirlərin hamısını icra etmək asan deyil”
-
20:04
Dövlət tərəfindən klublara ayrılan maliyyə yardımı artırılacaq?
-
19:43
İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
-
19:34
Rövşən Nəcəf İcraiyyə Komitəsinin iclası barədə: “Əsas qərar odur ki...”
-
19:22
İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
-
19:15
Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
-
18:43
Boksçularımız Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
-
18:06
“Fire League”da pley-off oyunlarına start verildi FOTOLENT
-
16:51
“Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
-
16:37
Mariya Stadnikə ağır itki üz verib
-
16:24
XXXVI turun oyun cədvəli açıqlandı
-
16:00
"Neftçi"nin hücumçusu: "Het-trik etmək hər zaman diqqət çəkir"
-
15:42
Bir fotonun qorxusu... - QEYD
-
15:18
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
-
14:59
Azərbaycan millisindən Avropa çempionatında 2 bürünc medal
-
14:25
Gənclər Liqasının qalibi mükafatlandırıldı
-
13:33
Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
-
13:16
Azərbaycan I Liqasında VAR sistemindən istifadə olunacaq
-
13:00
Roi Kehat: “Bu qələbə komandamın mənə ad günü hədiyyəsi oldu”
-
12:41
"Bayer"dən darmadağın VİDEO
-
12:27
Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
-
12:09
PSJ öz meydanında uduzdu VİDEO
-
11:58
Azərbaycanın voleybol hakimi beynəlxalq kursda iştirak edib
-
11:44
Azərbaycanın kişi parataekvondoçularından tarixi uğur
-
11:32
“Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirinin qonaqları Ulu Öndərin xatirəsini yad ediblər
-
11:25
Kişi həndbolçular arasında Azərbaycan çempionatının qalibi müəyyənləşib
-
11:13
“Neftçi” üçün ilk, tarixdə 7-ci
-
10:56
"Qarabağ" rekordunu təkrarladı
-
10:41
Renat Dadaşovdan qol şərhi: "Bu, Hatay üçündür"
-
10:28
Ehtiram Quliyev: “Fərqli fikirlərə ehtiyacımız var, yetər ki, qərəzli olmasın”
-
10:19
Regionlarda fəaliyyət göstərən məşqçilər üçün seminar keçirilib
-
10:04
Şahruddin qapısında 6 qol gördü VİDEO
-
09:47
Asif Məmmədov üçün yubiley
-
09:30
Renatın qolu və "Hatayspor"a qələbə qazandırdı VİDEO
-
23:24
"Sumqayıt" - "Səbail" matçında 3 qol VİDEO
-
22:46
"Bizə heç kim nəsə dəyə bilməz"
-
22:33
Şahin Diniyev: “Səbail” avrokuboklarda oynamağa layiq komandadır”
-
22:11
Renat Dadaşov "Hatayspor"a qələbə qazandırdı
-
21:25
"Sumqayıt" və "Qəbələ"dən qələbə
-
20:32
Kaxaber Sxadadzedən qələbə şərhi
-
19:50
"Qəbələ"nin qələbəsi VİDEO
-
16:51
Kilan Lebon: “Gümüş medallara yiyələnmək “Neftçi” üçün prioritetdir”
-
15:16
Cəlal oynadı, "Arda" qalib gəldi
-
14:48
Krivotsyukun komandası 90+13- də məğlubiyyətdən qaçdı VİDEO
-
14:25
Stefan Aka: “Hakim səhvləri oyunun taleyini həll etdi”
-
14:09
Sərtan Taşkın üçün 14 dəqiqə
-
13:32
U-17 millimiz Gürcüstanla iki yoldaşlıq oyunu keçirəcək
-
13:13
Məhəmməd Avstriyada birinci, Şəhriyar üçüncü oldu
-
12:24
"Xəzri"nin baş məşqçisi finalda nəyə ümid edir?
-
11:57
IWF prezidenti Azərbaycanda ağırlıqqaldırmanın infrastrukturu ilə tanış olacaq