9 Avqust 2025, Şənbə
Ribeyro rəsmən “Neftçi”də
“Bunu qəbul etmək lazımdır”
"Araz-Naxçıvan"dan ağır yenilgi
"Sumqayıt" "Qəbələ" ilə heç-heçə etdi

Ölkə futbolu

Ehtiram Quliyev: “Fərqli fikirlərə ehtiyacımız var, yetər ki, qərəzli olmasın”

“GƏLƏN İL NƏTİCƏMİZ DAHA YAXŞI OLACAQ”

“Hər zaman demişəm, azarkeşlər haqlıdırlar. Fərqli fikirlərin olması normaldır. Klub olaraq böyüməyimiz üçün bunlara ehtiyacımız var. Fərqli fikirlərə, fərqli düşüncələrə. Yetər ki, qərəzli olmasın. Qərəzli olmadığı müddətdə hər bir kəsin fikrinə hörmətlə yanaşırıq”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev deyib.

O, yeni mövsüm üçün daha yaxşı kollektiv quracaqlarını bildirib: “Azarkeşlərimiz səbirli olsunlar. Gələn mövsüm üçün gözəl bir komanda quracağıq. Builki nəticəmizdən daha yaxşı nəticəmiz olacaq. Lakin mən nəticə deyəndə turnir cədvəlindəki yerimizə yox, əsasən topladığımız xallara baxıram. Ötən il 39 xal yığmışdıq, bu mövsüm artıq 45 xalımız var. İnşallah ardı gələr, çünki mövsümün sonuna kimi qarşıda daha iki oyumumuz var”.

Klub rəhbəri qeyd edib ki, büdcə imkan verdikcə, bütün planlarını həyata keçirməyə davam edəcəklər: “İldən ilə böyüməyi düşünürük. Hər şey gözəl olacaq. İnfrastruktur, akademiya baxımından da işlərimiz davam edəcək. Büdcəmiz imkan verdiyi müddətdə bütün məsələləri həll etməyə çalışırıq”.

Fərəc ASLANOV

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31