15 May 2024, Çərşənbə
Sxadadze Gürcüstana yollanıb
XXXVI turun oyun cədvəli açıqlandı
Bir fotonun qorxusu... - QEYD
"Bizə heç kim nəsə dəyə bilməz"

Digər idman növləri

Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar

Atletika üzrə Azərbaycan millisinin üzvləri Türkiyənin Antalya şəhərində keçirilən "Olimpik deneme" yarışında uğurlu çıxışı davam etdiriblər.
 
Futbolxeber.az saytının məlumatına görə, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ikinci günündə 200 metr məsafəyə qaçışda Əlhəm Nağıyev bütün rəqiblərini geridə qoyaraq finişə birinci çatıb.
 
Qadınların mübarizəsində Lamiyə Vəliyeva 200 metr məsafəyə qaçışda hamıdan sürətli olaraq yarışın qalibi adını qazanıb. Fəridə Rzayeva isə 3-cü yeri tutub.
 
Üçtəkanla tullanma yarışının yekununda Rüstəm Məmmədov 2-ci pillədə qərarlaşıb.
 
Toğrul Şahtatinski isə U-16 kateqoriyasında disk atma və nüvə itələmədə ən yüksək nəticə göstərərək, hər iki növdə qızıl medallara sahib çıxıb.
 
Qeyd edək ki, yığma üzvləri turnirin ilk günündə də müxtəlif əyarlı mükafatlar qazanıblar.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31