29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Digər idman növləri

Cüdo üzrə Bakı kəndləri birinciliyi keçiriləcək

Aprelin 13-14-də cüdo üzrə U-13 kiçik yaşlı yeniyetmələr arasında Bakı kəndləri birinciliyi keçiriləcək.
 
Futbolxeber.az saytlna Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən verilən məlumata görə, Gənclər və İdman Nazirliyi, “Bakı Abadlıq Xidməti” MMC və ACF-nin birgə təşkilatçılığı ilə baş tutacaq turnirə Bakı kəndlərinin müxtəlif klub, cəmiyyət və idman təşkilatından 400-ə yaxın cüdoçu qatılacaq.
 
Qızlar və oğlanlar arasında 20 çəki dərəcəsində qaliblər bəlli olacaq. Turnir Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində baş tutacaq.
 
Yarışın əsas məqsədi kiçik yaşlı yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması ilə yanaşı, Bakı kəndlərində cüdo idman növünə marağın artırılması və cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30