29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Digər idman növləri

Taekvondoçularımız Gürcüstanda 12 medal qazanıblar

Azərbaycan taekvondoçuları Gürcüstanda keçirilən Batumi açıq turnirində 12 medal qazanıblar.
 
Futbolxeber.az saytının məlumatına görə, Masallı Regional Taekvondo Mərkəzinin komandasının hər bir üzvü fəxri kürsüyə yüksəlib.
 
Pünhan Heydərli (33 kq) uşaqların mübarizəsində qalib olub. Yeniyetmələrin yarışında yalnız finalda uduzan Hüseyn Sadıqlı (33 kq) ikinci, Murad Cahangirov (41 kq) üçüncü yeri tutub.
 
“Alpman” klubu ölkəyə 3 qızıl və 2 bürünc medalla qayıdıb. Uşaqlar arasında Sübhan Rzayev (30 kq), yeniyetmələrdə Əzizə Məmmədova və Səidə Həsənova (47 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Murad Həsənzadə (25 kq, uşaqlar) ilə Orxan Ağazadə (41 kq) bürünc medalla kifayətləniblər.
 
“Alov” Taekvondo Klubunun məşqçisi Asim Xudiyevin yetirmələrindən Günər Kərimli (27 kq, uşaqlar) ikinci, Mehdi Xudiyev (45 kq, yeniyetmə) üçüncü pillədə qərarlaşıb.
 
Digər medalları Gündüz Abdullayevin yetirməsi İbrahim Qədimov (54 kq, kişilər, "Azəri" TK) və Vüqar Kərimovun yetirməsi Ülvi Məmmədov (36 kq) əldə ediblər. Onlar müvafiq olaraq, qızıl və gümüş medala sahib olublar.
 
Beləliklə, klublar 3 yaş qrupu üzrə 5 qızıl, 3 gümüş və 4 bürünc medalla Vətənə dönürlər.
 
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30