29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Digər idman növləri

Atletimiz dünya çempionatında 3 bürünc medal qazanıb

4-17 sentyabr tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatı başa çatmaq üzrədir.

Futbolxeber.az saytının məlumatına görə, Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 894 atlet (469 kişi + 425 qadın) iştirak edir. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var.

"Körpücük" üzərinə son olaraq Dadaş Dadaşbəyli çıxıb. O, 109 kq çəki dərəcəsində yarışıb.

Atletimiz birdənqaldırmada 180 kq-ı ram edib və bu hərəkətdə dünya çempionatının bürünc medalını qazanıb.

Dadaş təkanlaqaldırmada 223 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə dünya çempionatının bürünc medalçısı olub.

Toplam 403 kq (180+223) nəticə göstərən Dadaşbəyli dünya çempionatının yekun sıralamasında da 3-cü yeri tutaraq fəxri kürsüyə qalxıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30