Minifutbol
Rəşad Sadiqov “Maserati”si ilə cərimə meydançasına aparıldı
Azərbaycan milli komandasının və bir çox klublarımızın şərəfini qorumuş tanınmış futbolçu Rəşad Sadiqovun avtomobili Dövlət Yol Polisi (DYP) inspektorları tərəfindən cərimə meydançasına aparılıb.
Futbolxeber.az xəbər verir ki, bu barədə R.Sadiqov özü məlumat verib.
Futbolçu bildirib ki, DYP əməkdaşları tərəfindən qanunsuz olaraq avtomobili cərimə meydançasına aparılıb, üstəgəl ondan pul tələb olunub:"Türkiyə səfirliyinin yaxınlığından keçirdim. 99-YP-445 dövlət nömrə nişanlı avtomobildə xidmət aparan yol polisi əməkdaşları mənə saxla əmri verdi və mən maşını sağa çəkərək əmrə tabe oldum. Mənə yaxınlaşan DYP əməkdaşının ilk sualı "maşında siqnal var?” oldu. "Yoxdu” cavabını aldıqdan sonra, maşını yoxlamağa başladı, yenidən mənə sual verdi ki, maşına əlavə avadanlıq quraşdırılıbmı. Mən yenidən yox cavabını verdim. Bundan sonra həmin yol polisi göstərişin "yuxarıdan” gəldiyini, onlarlıq bir şeyin olmadığını və maşını dayanacağa aparacağını bildirdi. Mən də qarşılığında onlara avtomobilin mənim əmlakım olduğunu xatırladıb, "yuxarı” deyəndə kimi nəzərdə tutduğunu soruşdum. Əgər maşın içəri getməlidirsə bunun bir açıqlaması, səbəbi olub-olmadığını, mülkümü əlimdən alıb məni piyada yola salmağın qanunsuz olduğunu, "siqnal dediniz yoxdu, əlavə avadanlıq dediniz yoxdu, bəs mənim maşınımı niyə aparırsız dayanacağa?”, deyə etiraz etdim. Həmin yol polisi əməkdaşı bir daha mənə göstərişin "yuxarıdan” olduğunu bildirdi. Avtomobilimi, öz şəxsi əmlakımı həmin yol polislərinə verib, taksi ilə evə getdim”.
R.Sadiqov bildirir ki, səhəri gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə gedib. "Bizim işə 18-ci otaqda baxılacağını bildirdilər. Daxil olduq deyilən otağa, bizi polis mayoru Qafarov Cavad qarşıladı. Yuxarıda qeyd etdiyim sualların hamısını həmin polis mayoruna ünvanladım və yenidən maşınıma niyə əl qoyulduğunu soruşdum. C.Qafarov sənədləri yoxladıqdan sonra, mənə maşının saxlanılması üçün heç bir səbəbin olmadığını bildirdi. Çünki ödənilməmiş cəriməm yox idi. Və mən yenidən sual etdim ki, səbəbini kimsə açılayacaqmı ki, mənim maşınım niyə dayanacağa aparılıb. Bundan sonra C.Qafarov inspektorlara göstəriş verdi ki, "gedin maşının "qluşitel”ini yoxlayın”. Getdik dayanacağa, maşın yoxlanıldı və səsin normadan biraz artıq olduğu bildirildi. Bunlara bildirdim ki, maşını zavod bu şəkildə istehsal edib, yenicə qeydiyyatdan keçirmişəm, əgər belə idisə niyə qeydiyyatdan keçiriblər”. Ünvanladığım bu sualların heç birinə cavab verilmədi”.
Bundan sonra R.Sadiqov yenidən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə qayıdıb. Mayor Cavad Qafarov "obed”ə getdiyini bildirib, qayıtdıqdan sonra bu işlə məşğul olacağını deyib. "Bir neçə saat gözlədikdən sonra yenidən otağa daxil olduq. Mayor bizi qəbul etmədi, köməkçisi isə bizə maşının cəriməsinin 500 manat olduğunu bildirdi: "Maşının səsi artıq olduğuna görə cəriməsi 500 manatdır. 500 manat verin, kağız yazım verim, gedin maşını çıxarın”. Bunun qanunsuz olduğunu, əgər həqiqətən 500 manatlıq cəriməsi varsa bunu qanuni yolla alınmasını, yəni protokol tərtib edilməsini istədim. Əgər protokol tərtib edilməsə, məhkəməyə baş vuracağımı bildirdim. Həmin serjant "gedin verin məhkəməyə” dedi. Nə protokol tərtib edən oldu, nə də bizim şikayətimizə baxan. DİN-in 102 qaynar xəttinə 2 dəfə zəng vurmuşam, heç bir xəbər yoxdu”.
Qeyd edək ki, R.Sadiqov "Maserati" markalı avtomobil idarə edir ("AzPolitika.info”).
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
-
15:46
“Sumqayıt”dan azarkeşlərinə müraciət
-
14:11
"Kəpəz"in üç futbolçusu "Qəbələ"yə qarşı oynamayacaq
-
13:38
Azərbaycan idmançısı Paris-2024-ə vəsiqə qazandı
-
12:05
“Səbail”in müdafiəçisi: “Son 4 tur bizim üçün finala bərabərdir”
-
11:54
"Bayer" yenə 90+6-da məğlubiyyətdən qaçdı VİDEO
-
11:40
"Atletiko" "Atletik"ə qalib gəldi VİDEO
-
11:29
"Latsio"dan minimal hesablı qələbə VİDEO
-
11:17
Karate üzrə açıq turnir keçirilib
-
11:02
"Yuventus" - "Milan" matçında heç-heçə VİDEO
-
10:53
Azərbaycanın stolüstü tennisçisi Fransada beynəlxalq turnirin qalibi olub
-
10:38
"Borussiya" darmadağın oldu VİDEO
-
10:26
“Forza Neftçi” qayıdır: Çağırışa müsbət cavab verildi
-
10:11
Keyn "Bavariya"ya qələbə qazandırdı VİDEO
-
10:04
Elcan Hacıyev: “Avropa çempionu olmaq xəyalım idi”
-
09:45
Derbini "Fənərbaxça" qazandı VİDEO
-
23:25
"Neftçi" azarkeşlərinə çağırış etdi
-
23:08
Renat Dadaşov "Başakşehir"ə qol vurdu
-
21:16
Samir Abasov Xavi ilə görüşdü
-
21:00
"Neftçi"nin 3 futbolçusu "Turan Tovuz"a qarşı oynamayacaq
-
20:27
Şahin Diniyev: “Avrokuboklara getməmək dünyanın sonu deyil”
-
19:53
"Səbail" səfərdə məğlub oldu
-
17:00
Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
-
16:32
Krivostyukun komandası mövsümdə ilk qələbəsini qazandı
-
13:49
Azərbaycanın idmançıları Prezident Kubokunda mübarizə aparacaqlar
-
12:24
Azərbaycan taekvandoçuları Prezident kubokunda 6 medal qazanıb
-
11:50
32-ci turun hakim təyinatları
-
11:38
Azərbaycan Boks Federasiyasının rəsmiləri Naxçıvanda fəaliyyət göstərən məşqçilərlə görüşüb
-
11:13
Bakı Marafonunda iştirak üçün 15-dən çox ölkənin vətəndaşları qeydiyyatdan keçib
-
10:56
Arda Gülər "Real"a qələbə qazandırdı VİDEO
-
10:42
İnfantino "Qarabağ"ı təbrik edib
-
10:29
Bundesliqa: 31-ci turun açılış oyununda 5 qol VİDEO
-
10:17
"Traktor" 1/4 finala yüksəlib
-
10:00
Şahruddin "Qalatasaray"a qarşı belə oynadı VİDEO
-
09:51
Millimiz Monteneqronu məğlub edib FOTOLENT
-
20:28
Hidayətdən 4-cü Avropa çempionluğu
-
18:13
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışd
-
18:00
Azərbaycan gimnastı: “Rəqiblərimiz bizdən çəkinirlər”
-
16:39
Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
-
16:17
Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb
-
15:51
Kubokun finalı: Nominal meydan sahibi və başlama saatı müəyyənləşdi
-
15:26
Millimizin üzvü Macarıstanda bürünc medal qazandı
-
13:42
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
-
13:30
AFFA 7 klubu cərimələdi
-
13:13
“Futbolu da basketbol qədər izləyirəm”
-
12:45
Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək