6 May 2024, Bazar ertəsi
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları

Ölkə futbolu

AFFA 7 klubu cərimələdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, “Turan Tovuz” - “Sumqayıt” oyununda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Turan Tovuz” klubu əlavə olaraq 800 manat cərimə edilib.

Matçın birinci hissəsi bitdikdən sonra “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub daha 800 manat cərimə edilib.

Oyunda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.

“Qarabağ” - “Qəbələ” oyununun 66-cı dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 1500 manat cərimə edilib.

"Zirə” - “Neftçi” oyununun 67-ci dəqiqəsində “Zirə”nin futbolçusu Ceyhun Nuriyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klub 500 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Zirə” klubu 800 manat cərimə edilib.

“Kəpəz” - “Sabah” oyununun 87-ci dəqiqəsində “Kəpəz” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 1000 manat cərimə edilib.

"Araz-Naxçıvan” - “Səbail” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” klubu 800 manat cərimə edilib.

 Azərbaycan kubokunda 1/2 finalın “Qarabağ” - “Neftçi” oyunundan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qarabağ” klubu 800 manat cərimə edilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31