1 Noyabr 2025, Şənbə
"Qarabağ" "İmişli"yə qalib gəldi
X turun hakim təyinatları açıqlandı
Millimiz Banqladeşə gedir
"Kəpəz" 10 min manat cərimələndi

Ölkə futbolu

Metyu: “Azarkeşlər rahat olsunlar, “Qarabağ”a qarşı bacardığımızın ən yaxşısını edəcəyik”

“Neftçi”nin yarımmüdafiəçisi İfeanyi Metyunun Futbolxeber.az saytına müsahibəsi

 

- Kubok oyununda MOİK üzərində 6:2 hesablı qələbə qazanmaqla 1/8 finala yüksəldiniz. Qarşılaşma ilə bağlı nə deyə bilərsiniz?

- Yaxşı oyun keçirdik. Xeyli qol şansımız oldu. Yekunda 6 dəfə fərqlənə bildik. Mərhələ adladıq, artıq qarşıdakı oyunları düşünməliyik.

- 3:0-dan sonra sanki komanda dayandı. Nəticədə hesab arasındakı fərq minimuma endi. Bu, aryaxınçılqıdan irəli gəlirdi?

- Xeyr, arxayınlaşmadıq. Sadəcə ola bilər bir qədər konsentrasiya çatışmazlığı oldu. Bundan başqa, müdafiədə də müəyyən səhvlərə yol verdik. Bu da qapımızda iki qol görməyimizə gətirib çıxardı.

- Komandaya artıq tam uyğunlaşa bilmisiniz?

- Hər şey addım-addım baş verir. Yeni ölkədəyəm, yeni mühit, yeni komanda. Təbii ki, zaman mütləq lazımdır. Komandada ab-hava əladır və bu da uyğunlaşmanı daha rahat keçməyimə kömək olur.

- MOİK-lə matçda start heyətində meydana çıxdınız. Necə düşünürsünüz, növbəti oyunda da bu şansı qazanacaqsınız?

- Əlbəttə, mən hər oyunda start heyətində yer almağı istəyərəm. Lakin bu, tək məndən asılı deyil. Üzərimə düşən məşqlərdə tam gücümlə çalışıb start heyətində yer almağa layiq olduğumu göstərməkdir.

- Abubakarın gəlişindən sonra “Neftçi”nin daxilində nə dəyişib?

- Abubakar çox güclü futbolçudur. Bunu hamı bilir. Səviyyəsini artıq ilk oyunlardan ortaya qoyub. Onun gəlişi ilə komandanın özünəinamı, səviyyəsi daha da artıb. Çox şadam ki, belə bir futbolçu ilə birlikdə çıxış edirəm.

- Abubakarın kamerunlu, sizin isə nigeriyalı olduğunuzu nəzərə alsaq, uyğunlaşma prosesində ona kömək edərsiniz?

- Əlbəttə, məndən nəsə istəyəndə, üzərimə düşəni edirəm. Amma Abubakarın ünsiyyət qurmaqla bağlı problemi yoxdur. Komanda daxilində ünsiyyət çox vacibdir və o, bunu bacarır. İlk gündən hamı ilə çox yaxşı münasibət qurub.

- Qarşıdan “Kəpəz”, daha sonra isə “Qarabağ”la oyun gəlir. Bu qarşıdurmanı Azərbaycan derbisi də adlandırırlar və azarkeşlər artıq indidən həmin matçı düşünürlər. Ümumiyyətlə, “Qarabağ” haqqında nələr bilirsiniz və “Neftçi” derbidə azarkeşlərini sevindirə biləcək?

- “Qarabağ” haqda məlumatım var. Çox güclü komandadır. Fantastik futbolçuları var. Onlara hörmət edirik. Lakin biz də meydana uğur qazanmaq üçün çıxacağıq. Çünki məqsədimiz hər matçda yaxşı nəticə əldə etməkdir. Azarkeşlər rahat olsunlar, “Qarabağ”a qarşı bacardığımızın ən yaxşısını edəcəyik.

TAĞI








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30