Basketbol
“Futbolu da basketbol qədər izləyirəm”

“Gəncə adına uğura sevinmək istəyiriksə, bir olmalıyıq”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Gəncə” basketbol komandasının baş məşqçisi Bedri Meriç klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Türkiyəli mütəxəssis futbolu uşaqlıqdan sevdiyini bildirib: “Futbol mənim ehtirasımdır. 12-13 yaşlarımdan yarışlarda oynayırdım. Sonradan potensialımın basketbola daha uyğun gəldiyini görüb məşqçilərin də qərarı ilə idman növünü dəyişdim. Futbol oyunlarını izləməyə, azarkeş olaraq dəstəkləməyə davam edirəm. Hər zaman sevdiyim işdir. Deyərdim ki, futbolu da basketbol qədər izləyirəm”.
O, “Kəpəz” komandasının Premyer Liqadakı oyunlarını izlədiyini söyləyib: “Gəncə mənim üçün doğmalaşıb. Buranı çox sevirəm. Bu şəhəri təmsil edən komandaları dəstəkləyirəm. Azarkeşlik mövzusunda həssas biriyəm. Vaxtında çılğın azarkeşlik etmişəm. Bu, həm də ondan irəli gəlir. “Kəpəz”in futbolçuları bizim komandanın oyunlarına dəstək üçün gəlirlər. Bizim də borcumuz onların matçlarına getməkdir. Qəbələdə və Tovuzda stadiondan “sarı-göylər”i izləmişəm. Evdə televizorda da baxıram”.
B.Meriç “Kəpəz”in futbolçusu Olavale Onanuqa ilə münasibətlərinin yaxşı olduğunu deyib: “Onunla qapı bir qonşuyuq, hər ikimiz idman sahəsində çalışırıq deyə eyni sahənin adamlarıyıq. Sözümüz-söhbətimiz tutur. Həm çox yaxşı oğlan, həm də futbolçudur. İşinin peşəkarıdır. Məni stadionda gördükdən sonra o da bizim oyunlara gəlməyə başladı. Davamlı olaraq idmandan danışırıq. Mənim meydançada həyatda göründüyümdən daha fərqli olduğumu bildirir. Bəzən aqressiv ola bilərik, çünki məşqçi işi belədir. Oyunlarda məşqçilər özlərini unudurlar (gülür). İnanıram ki, Onanuqa “Kəpəz”ə uzun illər layiqli xidmət edəcək”.
41 yaşlı çalışdırıcı Türkiyədə azarkeşlik etdiyini komandanın adını da açıqlayıb: “Beşiktaş” fanatıyam. Ətrafımda olanların böyük əksəriyyəti “Qalatasaray”a azarkeşlik edir (gülür). Mən 1996-cı ildə “Çarşı” qrupunun üzvü oldum. O vaxtlar bu qrup elə də aktiv deyildi. “Çarşı”nın özəlliyi həyatın bütün sahələrində insanlara dəstək olmasıdır. Sosial qrupdur, məqsədi ehtiyacı olanlara yardım etməkdir. Mən həmişə bu işin içində olmuşam. Bu gün Gəncədə olsam da, dəstək verməkdə davam edirəm. Qrupdan kənarda, uzaqda olmağım fərq etmir, bağlılığımız var. “Xəmsə” və “Kəpəz Ultras” qrupları var, onlar da yəqin ki, sosial həyatda da fəaliyyətdədirlər. Bu, doğru olan işdir”.
Onun sözlərinə görə, vaxtilə ölkəsində “Kəpəz” adlı komandada oynayıb: “Təəssüf ki, ürəyimdəki problemlərə görə peşəkar karyeramı tez başa vurmaq məcburiyyətində qaldım. Son olaraq Antalyada “Kəpəz Bələdiyyəspor”da oynadım. Bu komandanın adının mənim üçün xüsusi yeri var. Düzdür, məhz bu klubda həkim müayinələrindən sonra basketbola davam edə bilməyəcəyim bildirildi. Yaddaqalan o idi ki, bu klubda bir oyunda 13 “üçlük” atmaqla rekord qırmışdım. Burada da “Kəpəz” xoş təsadüfdən qarşıma çıxdı. Gəncədə bu adda komandanın olmasından xəbərim yox idi. Mənim üçün sürpriz oldu”.

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin legioneri: “Bu, penaltidirsə, mən futbolla vidalaşaram”
- Azər Bağırovdan qələbə şərhi
- Yenə “Sabah”, yenə hakim biabırçılığı...
- AFFA-dan hakimlərə xüsusi tapşırıq - ÖZƏL
- VI turun hakim təyinatları açıqlandı
- “Sabah”ın qolunu alqışlayan AFFA-nın vitse-prezidenti... - TƏƏSSÜRAT
- Elvin Məmmədov: “Bu dəqiqə o riski edə bilmərik”
- “Qurban olum, Qurban hocaya”
- Azərbaycan millisinin qrupunda 12:0 hesabı
- Zidan hazırda ən çox bəyəndiyi 3 futbolçunun adını açıqladı
- Azərbaycan klubu ilə müqavilə imzalamağa gələn qapıçı sərhəddə saxlanıldı
- Osihmen “Neftçi”nin futbolçusunun arzusunu puç etdi
- Bakı Olimpiya Stadionunun son durumu - “Qarabağ” burada necə oynasın?
- İmad Faraj: “Hakimlər hər tur “Neftçi”ni “öldürürlər”
- Türkiyə mətbuatı: "Abubakarı əvvəl “Beşiktaş”a aparmışdı, indi “Neftçi”yə..."
-
19:58
Qadın voleybolçular arasında Yüksək Liqanın II turuna start verilib
-
19:23
İsrailin Azərbaycandakı səfirliyi amputant futbolçulardan ibarət yığmanı qəbul edib
-
19:00
“Qarabağ” İspaniyaya yollandı
-
18:35
Taekvondo Federasiyasının təşkilatçılığı ilə dan imtahanı keçirilib
-
18:09
Millimiz 23 futbolçu ilə Qazaxıstana gedir
-
17:47
II Liqada VI tur start götürüb
-
17:26
İsveç millisində yeni baş məşqçi
-
17:14
“Atletik”in futbolçusu: “Qarabağ”ın 6 xal yığması məni təəccübləndirmir”
-
16:32
Azərbaycan badmintonçusu Çexiyada bürünc medal qazanıb
-
16:20
Felipe Santos: “Məncə, “Neftçi”nin ikinci qolunda ofsayt var idi”
-
15:58
Azərbaycan cüdoçuları dünya reytinqində irəliləyiblər
-
15:49
Azərbaycan Basketbol Federasiyasının məşqçilər üçün seminarı başa çatıb
-
15:23
“Qarabağ” "San Mames"də dəstəksiz qalmayacaq
-
14:15
Mbappe "Real"a qələbə qazandırdı VİDEO
-
13:51
Daha 5 boksçumuz Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb
-
13:30
“Zirə”nin Mikelsi: “Bir məğlubiyyət dünyanın sonu deyil”
-
12:47
"Qəbələ"dən hakimlərə etiraz VİDEO
-
12:24
"Atletik" - "Qarabağ" oyununun hakimləri müəyyənləşdi
-
12:08
Qurban Qurbanov: “Qarabağ” mənim birinci evimdir”
-
11:52
Dünya çempionatında Azərbaycanı 9 taekvondoçu təmsil edəcək
-
11:16
Azərbaycan Premyer Liqasında cari mövsümün rekordu qeydə alınıb
-
10:39
"Sumqayıt"dan əlamətdar qələbə
-
10:23
Cüdo millimiz Meksikada 9 medal qazanıb, komanda hesabında birinci olub
-
10:00
Sessi D’Almeyda: “Abubakarın gəlişi “Neftçi”yə güc qatacaq”
-
09:45
"Milan" əzmkar qələbə ilə zirvədə VİDEO
-
09:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Fənərbaxça"nın qələbəsi VİDEO
-
22:00
"Neftçi" hesabı açsa da... VİDEO
-
21:37
Samir Abasov: “Xal qazandıq, yoxsa itirdik deyə bilmirəm”
-
21:12
Elmar Baxşıyev: “Epizod elədir ki, dəqiq qərar vermək olmur”
-
20:26
“Zirə” uduzdu, “Neftçi” - “Araz-Naxçıvan” oyununda 4 qol vuruldu
-
19:41
“Qarabağ”ın əməkdaşı Yohan Kroyf institutunun mükafatını alıb
-
19:08
Rəşad Sadıqov: “Belə məğlubiyyət bizə yaraşmadı”
-
14:59
Millətlər Liqası: Azərbaycanın amputant millisindən növbəti qələbə
-
14:15
Abubakar gəldi, siz də gəlin – Stadion aeroportdan yaxındır
-
13:34
Üç boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb
-
13:03
"Arsenal"ın qələbəsi VİDEO
-
12:42
Cüdoçularımız Qran-pridə 2 qızıl, 1 bürünc medal qazanıblar
-
12:27
Sane dubl etdi, "Qalatasaray" qalib gəldi VİDEO
-
12:16
Türkiyə mətbuatı: "Abubakarı əvvəl “Beşiktaş”a aparmışdı, indi “Neftçi”yə..."
-
12:08
"İnter" Romadan qələbə ilə qayıtdı VİDEO
-
11:51
“Neftçi”nin qapıçısı məşqçisinə maşın hədiyyə etdi
-
11:39
"Bavariya" "Borussiya"nı məğlub etdi VİDEO
-
11:25
Mehdi Cənnətov: “Layiqli qələbə qazandıq”
-
11:13
"Kəpəz"in səfərdə 25-ci böyükhesablı qələbəsi
-
11:00
"Napoli" səfərdə uduzdu VİDEO
-
10:44
“Qarabağ”ın bombardirlər siyahısında 2-ci yerə yüksəldi
-
10:32
Haaland "Mançester Siti"yə qələbə qazandırdı VİDEO
-
10:16
"Qarabağ" "Simurq"un rekordunu təkrarladı
-
10:08
"Barselona" sonda sevindi VİDEO
20.10.2025
19.10.2025













