3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Minifutbol

“Aznur” və “Birbaşa Bakı” finalda

Minifutbol üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, günün ilk matçında “Aznur” və “Real Bakı” üz-üzə gəlib. Bu komandaların ilk görüşündə qalib müəyyənləşməmişdi (2:2). Cavab matçında inamlı təsir bağışlayan “Aznur” 6:2 hesablı qələbə qazanmaqla (ümumi nəticə 8:4) finala yüksəlib.

İkinci yarımfinal oyununda “Birbaşa Bakı” “Odlar Yurdu”nu sınağa çəkib. İlk görüşdə 2:0 hesablı qələbəyə sevinənə son çempion cavab matçında da meydanı qalib kimi tərk edib - 6:3 (ümumi nəticə 8:3).  

Beləliklə, mayın 14-də keçiriləcək finalda son çempion “Birbaşa Bakı” “Aznur”la üz-üzə gələcək. Bürünc medalın sahibi isə “Real Bakı” - “Odlar Yurdu” matçından sonra məlum olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31