3 Mart 2026, Çərşənbə axşamı
“Qarabağ”dan möhtəşəm geridönüş
"Quba"nın futbolçusu mükafatlandırıldı
Şamaxıda və Qəbələdə bərabərlik
Millimizin rəqibləri müəyyənləşdi

Digər idman növləri

AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) təmiz idman təbliğatını davam etdirir.
 
Futbolxeber.az saytına AMADA-dan verilən məlumata görə, bu dəfə məkan tarixi ərazimiz olan Suqovuşan qəsəbəsidir.
 
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş akademik avarçəkmə, kanoe və kayak üzrə "Prezident Kuboku-2024" beynəlxalq reqatası çərçivəsində keçirilən maarifləndirmə proqramında idmançılar antidopinq sistemi barədə məlumatlandırılıb, təmiz və ədalətli idman prinsiplərinə sadiqlik nümayiş etdirməyin vacibliyi diqqətə çatdırılıb.
 
Həmçinin idmançılar maarifləndirici sorğularda iştirak ediblər. Antidopinq sistemi barədə sualları əhatə edən sorğulara doğru cavab verən idmançılara AMADA-dan hədiyyələr təqdim olunub.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31