9 Oktyabr 2025, Cümə axşamı
Millimiz Fransaya yollandı
PFL ayın ən yaxşı qollarını açıqladı
"Turan Tovuz"da yeni müqavilə
Emin Mahmudov üçün yubiley

Basketbol

“Sərhədçi”nin baş məşqçisi: "Ümid edirəm ki, yaxşı oyunla qələbə qazanacağıq”

"Ümid edirəm ki, yaxşı oyunla qələbə qazanacağıq".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu “Sərhədçi” klubunun baş məşqçisi Evren Alkaya Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində “Xəzri”yə qarşı keçirəcəkləri ilk matç barədə danışarkən deyib.
 
O, çempionluq arzusunda olduqlarını dilə gətirib: “Pley-offun “Xəzri”yə qarşı keçirəcəyimiz ilk matçına hazırlaşırıq. İki güclü komanda üz-üzə gələcək. Hər iki tərəf mərhələni keçməyi arzulayır. Hər iki komandanın da yaxşı mövsüm keçirdiyini düşünürəm. Rəqibin heyətində zədəli oyunçular olduğu üçün bəzi dəyişikliklərə gedə bilər. Həm hücum planında, həm də müdafiədə dəyişikliklərə hazır olmalıyıq. Məşqlərdə etdiyimiz hər şeyi meydanda göstərməyə çalışacağıq. Çempion olmaq istəyərik və buna köklənmişik. Bütün oyunçuların motivasiyası yüksəkdir".
 
Qeyd edək ki, bu gün "Sərhədçi" İdman Mərkəzində keçiriləcək 1/4 final matçının start fiti saat 19:30-da səslənəcək. Komandalar arasında ikinci oyun mayın 3-də baş tutacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31