17 May 2024, Cümə
“Şamaxı” zirvəyə yüksəldi
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi
Sxadadze Gürcüstana yollanıb

Digər idman növləri

Azərbaycanın güləş milliləri Bakıda toplanış keçirlər

Azərbaycanın güləş milliləri Bakıda təlim-məşq toplanışı keçirlər.
 
Futbolxeber.az saytına federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, yunan-Roma və qadın güləşi yığmalarımızın toplanışı Dünya Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.
 
Yunan-Roma güləşi komandamız aprelin 25-dən taktiki-texniki çalışmalara başlayıb. Milli mayın 7-dək Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında hazırlıq keçəcək.
 
Qadın güləşçilər məsul yarış ərəfəsində son toplanışa aprelin 28-də start veriblər. Xalça üzərində keçirilən məşqlər mayın 8-də yekunlaşacaq.
 
Olimpiadada tam heyətlə iştirak etmək hüququ qazanan sərbəst güləş millimizin hazırlıq planı isə fərqlidir. U-23 Avropa çempionatına və Yay Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıyan toplanışda daha çox fiziki gücün və dözümlülüyün artırılmasıyla bağlı çalışmalara üstünlük verilir. Aprelin 28-də başlayan toplanış çərçivəsində həftədə iki dəfə taktiki-texniki məşqlər də keçirilir.
 
Qeyd edək ki, Dünya Olimpiya Təsnifat turniri mayın 9-12-də İstanbulda təşkil ediləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31