1 Oktyabr 2025, Çərşənbə
"Sabah bizi çətin oyun gözləyir"
"Qarabağ"dan azarkeşlərə müraciət
Ağayevə UEFA-dan təyinat
“Sumqayıt” üçün əlamətdar qol

Digər idman növləri

Azərbaycan III MDB Oyunlarını qəbul etməyə hazırdır

III MDB Oyunlarının keçiriləcəyi arenalarda hazırlıq işləri yekunlaşdırılır.

Futbolxeber.az saytına Bakı Şəhər Halqasından verilən məlumata görə, idmançılar 12 məkanda 23 idman növü üzrə medallar uğrunda mübarizə aparacaqlar. Oyunların yüksək səviyyədə keçirilməsi, komandalar, media nümayəndələri və tamaşaçıların rahatlığı üçün bütün tədbirlər görülüb.

Belə ki, hər bir idman məkanında məlumat mərkəzləri, media toplanış məntəqələri, mətbuat otaqları, tibb məntəqələri mövcuddur. Yarışlara hazırlıq zamanı hər bir idman növünün xüsusiyyətləri nəzərə alınıb, beynəlxalq standartlara uyğun idman və digər avadanlıqlar quraşdırılıb.

Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr - 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində - Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda baş tutacaq. Hər iki tədbir yerli vaxtla saat 19:00-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31