Digər idman növləri
Mədət Quliyev "Gənc Peşəkar Velosipedçilər" İctimai Birliyinin fəxri sədri seçilib

Mədət Quliyev "Gənc Peşəkar Velosipedçilər" İctimai Birliyinin (İB) fəxri sədri seçilib.
Futbolxeber.az saytının məlumatına görə, bu, İB-in təqdimat mərasimində açıqlanıb.
Yığıncaq dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Sonra "Gənc Peşəkar Velosipedçilər" İctimai Birliyinin məram və məqsədləri, gələcək fəaliyyət istiqamətləri, eləcə də müsabiqə üzrə qalib olduğu qrant layihələri, respublika əhəmiyyətli və beynəlxalq idman yarışlarında əldə etdiyi naliyyətlər barədə ətraflı məlumat verilib.
Tədbirdə Təhlükəsizlik Şurası katibinin müavini, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev, İB-nin sədri Vüqar Salahov, Azərbaycan Triatlon Federasiyasının vitse-prezidenti Rüfət Həsənov, Olimpiya çempionları Elnur Məmmədov və Hidayət Heydərov, Olimpiya Oyunlarının bürünc və gümüş medalçısı, dördqat Avropa çempionu Hacı Əliyev və dəvət olunan digər qonaqlar çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ölkəmizdə idmanın inkişafı, beynəlxalq idman yarışlarının təşkili, respublikanın idman nüfuzunun artırılması, gənclərin sağlam və vətənpərvər ruhda yetişdirilməsi istiqamətində həyata keçirdikləri misilsiz xidmətləri qeyd ediblər.
Bildirilib ki, son illərdə dövlət tərəfindən velosiped idmanının inkişafına göstərilən diqqət və qayğı öz növbəsində paytaxt Bakıda, ölkənin digər şəhər və qəsəbələrində mikromobilliyin yaradılmasına və genişləndirilməsinə güclü təkan verib, velosipedin ekoloji təmiz nəqliyyat vasitəsi kimi populyarlığının daha da artmasına səbəb olub. Çıxışçılar "Gənc Peşəkar Velosipedçilər" İB-nin ölkəmizdə velosiped idmanının inkişafına artıq layiqli töhfələr verdiyini vurğulayaraq, cəmiyyətdə sağlam həyat tərzinin təbliği və təviqi kimi nəcib və vacib fəaliyyətin həyata keçirilməsində İB-yə uğurlar arzulayıblar.
Tədbirin aparıcısı, İB-nin üzvü Firdovsi Kərimov ümumi yığıncağın qərarı ilə Mədət Quliyevin "Gənc Peşəkar Velosipedçilər" İB-nin fəxri sədri seçildiyini elan edib, Azərbaycan velosiped idman tarixində ilk dəfə olaraq Türkiyənin Ankara şəhərində keçirilən nüfuzlu "GranFondo Başkent" beynəlxalq velosiped yarışında İB-nin üzvü Natalya Vallekin 1-ci yeri qazandığını və İB-nin məşqçisi Musa Mikayılzadənin dəfələrlə müxtəlif turnirlərdə uğurla çıxış etdiyini diqqətə çatdırıb.
İB-nin sədr müavini Qədir Xəlilov qeyd edib ki, "Gənc Peşəkar Velosipedçilər" İB-yi Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar keçirilən qrant müsabiqəsinin qalibi olub. O, qrant layihəsi çərçivəsində yaxın günlərdə Xankəndi-Şuşa marşrutu üzrə "Zəfərin izi ilə" adlı veloyürüşün təşkil olunacağını və həmin tədbirdə 100-dən artıq velosipedçinin iştirakının nəzərdə tutulduğunu bildirib. Bu təşəbbüsün gənclərin idmana marağını daha da artırmaqla yanaşı, eyni zamanda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda qazanılmış şanlı Zəfərin tarixi əhəmiyyətini gələcək nəsillərə çatdırmaq məqsədi daşıdığını söyləyib.
Sonra İB-nin nizamnaməsinə uyğun gələcək fəaliyyət planı üzrə aşağıdakı hədəflər müəyyən edilib:
Ekoloji layihələr: Velosiped idmanının ekoloji təmiz nəqliyyat kimi təbliğ olunması;
İnfrastrukturun inkişafı: Velosiped yollarının artırılması üçün yerli hakimiyyət orqanları ilə birgə layihələr təşkili;
Gənclərin cəlb edilməsi: 10000 gəncə velosiped idmanı ilə tanış olmaq imkanının yaradılması;
Beynəlxalq əməkdaşlıq: Avropa Velosipedçilər Federasiyası ilə birgə layihələrin həyata keçirilməsi;
Elektrovelosipedlər: Alternativ enerji mənbələri ilə işləyən nəqliyyat vasitələrinin populyarlaşdırılması.
Tədbir İB-nin idman ictimaiyyətinə geniş təqdimatının və gələcək layihələrin müzakirəsi ilə yekunlaşıb.

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ayxan Abbasov ilin sonuna kimi millidə qalır, sonra isə...
- “Sabah”dan növbəti biabırçılıq: Komanda hava limanından geri qaytarıldı
- Abdullah Zubir: “Ona görə də qol vurandan sonra Qurban Qurbanova tərəf qaçmalıyam”
- “Qarabağ”ın qapıçısı üsyan etdi: “XXI əsrdə necə süni qazonda oynamaq olar?”
- “Sumqayıt”dan Santuşun iddiasına cavab: “Pasport probleminin bizə heç bir aidiyyəti yoxdur”
- Elvin Bədəlov: “Rəqib təhlükə yaratmadan qol vurdu, qəribə, dəhşət bir şeydir”
- Tovuz stadionunun son vəziyyəti
- Ehtiram Quliyev: “Turan ruhu böyükdür, mən komandaya bu ruhu qaytarmaq istəyirəm”
- Rüfət Abdullazadə Xorvatiyada ilk qolunu vurdu
- “Neftçi” Şeydayevlə yolları ayırdı
- "Qarabağ" azarkeşlərinə Portuqaliyadakı oyun üçün nə qədər yer ayrılıb?
- “Qarabağ”dan iki legioner transferi
- “Ferensvaroş”un qapıçısı: “Qarabağ” “vaxt öldürmək” baxımından yaxşı iş gördü”
- Qurban Qurbanov: “Özlərini qeyri-peşəkar apardılar”
- Mübariz Mənsimov: “İnşallah, bir gün “Xəzər Lənkəran” bərpa olunar və...”
-
15:54
Fransalı idmançılar Bakıdakı turnirdə qızıl medal qazanıblar
-
15:35
lll MDB Oyunları: Azərbaycanın qadınlardan ibarət stolüstü tennis komandası finalda
-
15:18
Azərbaycanı III MDB Oyunlarında təmsil edəcək cüdoçular müəyyənləşib
-
14:43
"İmişli" - "Zirə": Heyətlər açıqlandı
-
14:06
Azərbaycan UEFA-nın TOP-10-luğunda
-
13:29
"Qarabağ"a 4 qol vuran futbolçu əsas komandada
-
12:52
"Qarabağ"ın oyununa bilet bitir...
-
12:31
Caner komanda yoldaşına şillə vurdu VİDEO
-
12:17
Renatın komandasından kuboka erkən vida
-
12:00
Paralimpiyaçılarımızdan 9 ayda 43 medal qazanıblar
-
11:45
Azərbaycan Həndbol Federasiyasının nümayəndəsi təyinat alıb
-
11:24
Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib
-
10:58
"Gəncənin şahmat ulduzları" adlanan yoldaşlıq matçı təşkil edilib
-
10:43
Azərbaycan Basketbol Liqasında 2025/2026 mövsümü başlayır
-
10:29
"Barselona"dan əzmkar qələbə VİDEO
-
10:16
III MDB Oyunlarında Azərbaycanın bayraqdarları müəyyənləşib
-
10:02
Premyer Liqamızda VI tur start götürür
-
09:47
"Zaqatala"dan səfər qələbəsi VİDEO
-
09:31
Bu gün MDB Oyunlarına start verilir
-
19:55
Mədət Quliyev "Gənc Peşəkar Velosipedçilər" İctimai Birliyinin fəxri sədri seçilib
-
18:36
Boksçularımız Avropa çempionatında yarışacaqlar
-
18:12
III MDB Oyunlarının biletləri satışa çıxarılıb
-
18:01
Bakıda fiqurlu konkisürmə üzrə Qran-pridə buz üstündə rəqs
-
17:54
Azərbaycan III MDB Oyunlarını qəbul etməyə hazırdır
-
17:39
Basketbol Liqasında yeni mövsümün açılışı ilə bağlı tədbir keçirilib
-
17:27
Azərbaycan Basketbol Federasiyasının prezidenti: “Bizim üçün vacib məqamlardan biri qadın liqasının təşkilidir”
-
17:13
Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti seçilib
-
16:48
Emin Əmrullayev: “Məqsədimiz basketbolda kütləviliyi artırmaqdır”
-
16:35
Azərbaycanın paraüzgüçüsü dünya çempionatında növbəti medalını qazanıb
-
16:00
"Sərhədçi" heyətini qanalı ilə gücləndirib
-
15:36
"Qarabağ" - "Kopenhagen" oyununun biletləri satışda
-
15:22
Kamal Umudluya UEFA-dan təyinat
-
14:19
MOK-da Beynəlxalq Konkisürmə Birliyinin nümayəndə heyəti ilə görüş keçirilib
-
13:54
İmişlidə cüdo təlim mərkəzinin açılışı olub
-
13:37
"Şahdağ" Turizm Mərkəzinin "Kilim" yamacına beynəlxalq sertifikat verilib
-
13:01
AFFA-dan "Quba"ya xəbərdarlıq
-
12:43
"Qarabağ" sektorlara azad olunan rayonların adlarını verdi
-
12:28
AFFA "Qarabağ"ı cərimələdi
-
12:15
"Kopenhagen" kubokda mərhələ adladı
-
11:59
"Neftçi" Abubakara cavab gözləyir
-
11:32
Elvin Məmmədov: “Bu dəqiqə o riski edə bilmərik”
-
11:00
"Quba"dan növbəti transfer
-
10:46
“Fənərbaxça”nın Zaqrebdə xalsız qaldı VİDEO
-
10:24
Azərbaycan şahmatçıları təlim-məşq toplanışına başlayıblar
-
10:07
"Beşiktaş"dan darmadağın VİDEO
-
09:51
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:38
"Səbail"dən ardıcıl üçüncü qələbə VİDEO
-
09:13
Tural Qurbatov: “Xankəndi”nin məqsədi çempionluqdur”
-
18:35
Bakıda cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı həyata keçiriləcək
-
18:00
Bolqarıstan millisində yeni baş məşqçi
26.09.2025
25.09.2025
24.09.2025













