19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Futzal

Joze Alesio: “Fransa ilə oyunun nəticəsindən çox şey asılıdır”

Yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın Lyublyana şəhərində təşkil olunacaq Avropa çempionatının final mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan milli komandasının baş məşqçi Joze Alesio Da Silvanın iştirakı ilə bu gün Bakı İdman Sarayında brifinq keçirilib.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, braziliyalı mütəxəssis ilk öncə sabahkı Ümumxalq hüzn günü ilə bağlı başsağlığı verib:

“Sabah 20 yanvar - Ümumxalq hüzn günüdür. Şəhidlərə Allahdan rəhmət diləyirəm. Hazırlığa gəldikdə, komanda yanvarın 10-dan məşqlərə başlayıb. Artıq karyerasını ölkə xaricində davam etdirən oyunçularımız da komandaya qoşulub. Yanvarın 23-də və 24-də İran millisi ilə Bakıda iki yoldaşlıq oyunu keçirəcəyik. Final mərhələsinə yollanacaq heyət bu qarşılaşmalardan sonra dəqiqləşəcək. Əsas məqsədimiz mərhələ adlamaqdır. Buna görə də Fransa ilə keçirəcəyimiz oyunun nəticəsindən çox şey asılıdır. Hətta bu qarşılaşmasını final oyunu kimi də xarakterizə edərdim. Digər rəqibimiz olan İspaniyanın qazandığı nəticələr, gücü hər kəsə məlumdur. Sadəcə ilk oyunda Fransa ilə qarşılaşacağımıza görə, bütün diqqətimi bu görüşə yönəltmişəm”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31