29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Aydın Bayramov: “Qarabağ”ın erkən çempionluğu çempionatın səviyyəsinin aşağı olduğunu göstərmir”

“Turan Tovuz”un qapıçısı Aydın Bayramovun Futbolxeber.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının 29-cu turunda “Sabah” üzərində qazanılan 2:0 hesablı qələbəni necə şərh edərdiniz?

- Ağır oyun oldu. Evdə oynadığımız üçün məsuliyyət hiss edirdik. Azarkeşlərimizi sevindirmək üçün əlimizdə gələni etdik. Şükürlər olsun ki, qələbə qazana bildik.

- Artıq turnir cədvəlində altıncı pilləyə yüksəlmisiniz. Sona 7 tur qalmış “Turan Tovuz”un hədəfi neçənci yerdir?

- Bu il üçün məqsədimiz Premyer Liqada qalmaqdır. Amma mövsümün sonuna qədər hər oyunda maksimum nəticə üçün meydana çıxacağıq. Çalışacağıq ki, bacardığımız qədər yuxarı pillədə qərarlaşaq.

- Ardıcıl uğurlu oyunlar “hər növbəti matçda qələbə qazanmalıyıq” deyə üzərinizdə təzyiq yaratmır?

- Xeyr. Belə düşünmürəm. Üzərimizdə belə bir təzyiq yoxdur.

- “Turan Tovuz”un avrokuboklara yollanmaq şansı nə dərəcədə realdır?

- Xal fərqləri göz qabağındadır. 6-7 klubun avrokuboklara yollanmaq şansı var. O cümlədən də bizim. Lakin indidən proqnoz vermək çətindir.

- Çempion mövsümün sonuna 8 tur qalmış müəyyənləşdi. Bu, Azərbaycan çempionatının səviyyəsinin aşağı olduğunu göstərir, yoxsa “Qarabağ” çox güclüdür?

- Xeyr. “Qarabağ”ın erkən  çempionluğu çempionatın səviyyəsinin aşağı olduğunu göstərmir. Azərbaycan Premyer Liqası çətin çempionatdır. Çempionluq uğrunda olmasa da, digər yerlər uğrunda necə rəqabətin olduğu göz önündədir. Sadəcə “Qarabağ”ın gücü artıq bəllidir. Komanda nəinki ölkə daxilində, Avropada da inamlı təsir bağışlayır.  

- Ötən mövsümlə müqayisədə bu mövsüm “Turan Tovuz” ev oyunlarında daha inamlı çıxış edir. Bunu nə ilə əlaqələndirmək olar?

- Ötən mövsümlə müqayisə edə bilmərəm. Lakin onu deyim ki, evdə oynamaq həqiqətən də bizə həzz verir. Çünki Tovuzda hər oyunda əsl futbol atmosferi hiss olunur.

- Çempionatda ən çox quru oyun keçirən iki yerli qapıçıdan biri olsanız da, millinin mart ayındakı toplanışa dəvət almadınız. Bu, sizin üçün gözlənilməz olmadı?

- Gözlənilməz olmadı. Bu, millinin məşqçilərinin qərarıdır və mən də bu qərara hörmətlə yanaşıram. Əlbəttə, millidə oynamaq mənim ən böyük arzumdur. Əlimdən gələni edirəm ki, qarşıdakı toplanışa dəvət alım.

- Mövsümün bitməsinə təxminən 2 ay qalıb. Sizi növbəti mövsümdə də “Turan Tovuz”da görəcəyik, yoxsa başqa planlar var?

- Hazırkı müqaviləm mövsümün sonuna kimidir. Fikrimi ancaq “Turan Tovuz”a yönəltmişəm.

İbrahim CƏFƏROV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30