29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Qurban Qurbanov qələbə şərhi

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 29-cu turunda "Səbail"ə 4:2 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib.
 
Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə görüş barədə fikirlərini bildirib.
 
- Futbolçularımı təbrik edirəm. Baxımlı oyun oynadılar, xeyli sayda qol epizodlarımız oldu. Mövsümün sonuna yaxınlaşmağımıza baxmayaraq, futbolçularda istək var idi. Şahin Diniyevə uğurlar arzulayıram.
 
- Sarı vərəqə görməyiniz nə ilə bağlı idi?
 
- Oyunun tempini ləngidirdilər. Bəlkə biz kənardan düz görmürük. Amma oyunun bu qədər durması yaxşı hal deyil. Futbolçular dinamikaya uyğunlaşmalıdır. Hər iki komanda üçün deyirəm. Hər epizoda sarı vərəqə vermək olmaz. Hakimlər düşünməlidir ki, ikinci sarı vərəqə ola bilər. Buna etirazımı bildirdim. Vurulan qollarda bilmirəm ofsayd var idi, yox idi. Torala sarı vərəqə verir. Dayanıb mübarizə aparmalı deyillər ki. Bu hallara öyrəşmək lazımdır. Oyunun sürəti artan kimi pauza verilir.
 
- Mövsümün sonunda müqaviləsi bitən futbolçular var. Onlarla bağlı qərar vermisiniz?
 
- Vaxtımız var. Qarşıdakı günlərdə bu işlərlə məşğul olacağıq. Düzgün qərarlar qəbul etmək istəyirik. Hər biri bizim əzizimdir.
 
- Kubokun finalında kiminlə qarşılaşmaq istəyərdiniz?
 
- İnanın ki, finalı düşünmürəm.
 
- Andrey Lunyov haqda son günlər mətbuatda yazılar çoxdur. Onunla bağlı durum necədir?
 
- Bəzən bir insan fikir bildirəndə emosiyalarını saxlaya bilmir, sərt danışır. Mən buna fikir vermirəm. Lunyovla bağlı böyüdüləsi bir şey yoxdur. Bizimlə müqaviləsi var. Hər hansı danışıqlar olub. Son günlərdəki yazılara uyğun heç nə yoxdur. Hər şey qaydasındadır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30