29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Ayxan Abbasov: “Neçə oyundur ki, penaltilərimizi vermirlər”

“Üzücü məğlubiyyət oldu. Futbolçular meydanda çox əziyyət çəkdi. Birinci yarıda lazım olan epizodda diqqətsizlik etdik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının IX turunda “Zirə” ilə oyundan sonra deyib.

Təcrübəli mütəxəssis komandasının 1:2 hesablı yenilgisini belə şərh edib: “İkinci hissədə oyunu bərabərləşdirdik, üstünlük də bizdə idi. Amma yenə də standart vəziyyətdən qol buraxdıq. Halbuki qoldan qabaq rəqib hücumçu müdafiəçimizə dirsək atmışdı. Artıq neçə oyundur ki, penaltilərimizi vermirlər, xırda cərimələrə  baxmırlar. Bu da bizə baha başa gəlir. Xallar qazana bilmirik”.

O qeyd edib ki, yenilgiyə baxmayaraq, komandası ruhdan düşməməlidir: “Futbolçulardan oyun baxımından razı qaldıq. Sonluq çatmadı. Neçə oyundur ki, bu məqam bizə əziyyət verir. Bu da düzələcək. Ruhdan düşmək lazım deyil”.  

Abbasov ilk dövrəni belə dəyərləndirib: “9 tur ərzində 11 xal qazandıq. Çox da ola bilərdi. Demək ki, ikinci yarı daha çətin keçəcək. Ağır qrafikə girəcəyik. Komandama inanıram. Fasilədən istifadən edib yaxşı hazırlaşmaq lazımdır. Zədəlilərimiz də var idi”.

“Turan Tovuz”un çalışdırıcısı qapıda dəyişiklik etməsinin səbəbini belə izah edib: “Tərlan da bizim əsas qapıçımız idi. Normal çıxış etdi. Qollara baxsaq, arxa küncə vuruldu”.

Abbasov mövsümə uğurlu start verən Otto Con və Martin Petkovun oyununda eniş yaşanmasına da toxunub: “Çempionat uzun marafondur. Futbolçularda belə hallar olacaq. Petkov mövsümə yaxşı başlamışdı, gəncdir, böyük potensialı var. Məhz buna görə geniş heyət istəyirik ki, rotasiyalar edə bilək. Paçu özü də, ağır zədədən qayıdıb. Yavaş-yavaş özünə gəlir. Futbolçular formada olanda, komandaya müsbət təsir edir. İnanırıq ki, onlar özlərinə gələcəklər”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30