29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

“Hakken”in futbolçuları “Qarabağ”la oyunun hakimindən narazılıq ediblər

İsveçin “Hakken” klubunun futbolçuları UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda “Qarabağ”la keçirilən ev oyunundan sonra hakimlikdən narazılıq ediblər.

Fubtolxeber.az saytının məlumatına görə, kapitan Samuel Qustafson, yarımmüdafiəçi Mikkel Riqard və hücumçu Amor Layuni 12-ci dəqiqədə baş verən epizodda avstriyalı referi Sebastian Qishamerin penalti təyin etməməsindən şikayətləniblər.

Hər üç futbolçu Julio Romaonun həmin anda Mikel Ryuqoru cərimə meydançası daxilində kobudluqla dayandırdığını iddia edib.

Amor Layuni: “Aşkar penalti idi, kobudluq cərimə meydançası daxilində olmuşdu. Bu epizodu görəndə əsəbiləşirəm. “Bayer 04” ilə Almaniyadakı oyunda da eyni hal olmuşdu. VAR-da yoxlamayacaqlarsa, bu sistem nəyə lazımdır?”

Samuel Qustafson: “Hiss edirəm ki, cərimə xətt üzərində idi. Buna niyə penalti verilmədi, başa düşə bilmirəm. Bu cür matçlarda bir qol həlledici olur. Hakimə səhv etdiyini dedim, o isə mənə susmağımı bildirdi”.

Mikel Ryuqor: “VAR sistemindən istifadə edirlərsə, qərar da düzgün olmalıdır. “Qarabağ”la görüşdə bunu görmədik. Bu qərar biabırçılıq idi. Rəqib ayağıma cərimə meydançası daxilində vurdu. Bu, təkrardan da görünür”.

Qeyd edək ki, səfərdə 1:0 hesablı qələbə qazanan “Qarabağ” yer aldığı H qrupunda xallarının sayını 6-ya yüksəldib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30