29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

"Hekken"in baş məşqçisi: “Yankoviç futbolçumuzu dirsəklə vurduğuna görə...”

"Penaltinin verilməməsi mənə təəccüblü gəldi. Marko Yankoviç futbolçumuzu dirsəklə vurduğuna görə qırmızı vərəqə almalı idi. Meydanda çox dayanma oldu. Ancaq baş hakim oyuna az vaxt əlavə etdi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri UEFA Avropa Liqasının qrup mərhələsində evdə "Qarabağ"a 0:1 uduzan İsveçin "Hekken" klubunun baş məşqçisi Per-Matias Höqmo oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Norveçli mütəxəssis Ağdam klubunun yaxşı futbolçulara sahib olduöunu bildirib: "İlk hissədə oyunumuz alınırdı. Ancaq tədricən "Qarabağ"ın futbolçularının təcrübəsi özünü göstərməyə başladı. Kevin Medina və Mateus Silva xüsusən bizim oyunçulara qol vurmağa imkan vermədi. Hücumçumuz Edvard Çilufyanın 2 qol epizodu oldu. Ancaq belə oyunda ondan yararlanmalısan, əks halda bir də əlinə düşməyə bilər".

Hoqmo 2016-cı ildə Norveç millisini çalışdırarkən Bakıda millimizə 0:1 uduzmalarından da danışıb: "Azərbaycan futboluna böyük hörmətim var. Yaxşı müdafiə olunmağı bacarırlar. O vaxt Norveç millisində işləyərkən Azərbaycana uduzmasaydıq, qrupda digər komandalara da qalib gələrdik".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30