29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

“Araz Saatlı”nın baş məşqçisi: “Azərbaycanda hücumçu mövqeyi problemlidir” (MÜSAHİBƏ)

“Araz Saatlı”nın baş məşqçisi Şəhriyar Məmmədovun Futbolxeber.az saytına müsahibəsi

 

- Komandanız IV turda “İrəvan”a 0:7 hesabı ilə uduzdu. Böyükhesablı məğlubiyyətə səbəb nə oldu?

- Matç yüksək templə başladı. Komandaya bəzi tapşırıqlar vermişdim. Meydana qələbə əzmi ilə çıxmışdıq. Təəssüf ki, bəzi boşluqlar verdik. Sözsüz ki, qollar buraxdıqca motivasiya aşağı düşürdü. Bacardığım qədər tempi yüksək saxlamağa çalışırdım ki, oyunçularım tapşırıqların 70-80 faizinə əməl edə bilsinlər. Açıq deyim ki, əməl edilməyən tapşırıqlar oldu. Bütün bunlar da məğlubiyyətimizə gətirib çıxardı.

- Yeddi qoldan beşi fasilədən sonra vuruldu. Belə təəssürat yaranırdı ki, ikinci hissədə sanki komanızda yorğunluq var idi...

- Psixoloji olaraq çatışmazlıq oldu. Heyət fiziki cəhətdən 90 dəqiqə mübarizə apara biləcək gücdədir. Biz bunlara nəzarət edirik. Dediyim kimi, ardıcıl qollar buraxmaq motivasiyamıza təsir göstərdi. Qol buraxandan sonra komanda qədər sınır.

- Müşahidələrimizə əsasən deyə bilərik ki, matçın gedişində komandada hamı danışırdı, irad bildirirdi. Bu, nədən irəli gəlir?

- Haqlısınız, çatışmayan cəhətlərdən biri də budur. Yeni formalaşan komandayıq. Heyət daxilində kodekslər və cəza olmalıdır. Cəza olsa, oyunçular bir daha həmin hərəkəti təkrar etməzlər.

- Yanvardan sonra heyətə legionerlərin cəlb olunacağı barədə yayılan xəbər doğrudur?

- Hücumda bitiricilik yoxdur. Cərimə meydançasında mükəmməl oynayan bir hücumçuya ehtiyacımız var. Ümumiyyətlə, bir çox komandada hücumçu çatışmır. Azərbaycanda hücumçu mövqeyi bir qədər problemlidir. Legioner gətirmək istəyirik. Təbii ki, bunun üçün sponsorun da dəstəyinə ehtiyacımız var. Sponsor dəstək olmasa, legioner gətirə bilmərik.

Fərəc ASLANOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30